| Çöl Qubalı | |
|---|---|
| 40°09′09″ şm. e. 48°24′00″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Kürdəmir rayonu |
| Əhalisi | |
| Əhalisi | 1027 (2009) nəfər |
| Çöl Qubalı | |
Çöl Qubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Ərəb Qubalı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası
Çöl Qubalı oyk. Şirvan düzündədir. Toponimin birinci komponenti keçmişdə burada mövcud olmuş İçəri Qubalı kənd adının birinci komponentinin qarşılığıdır və "kənar" mənasındadır. Toponimin ikinci komponenti isə, mütəxəssislərin fikrincə, ərəbkufəli etnoniminin təhrif olunmuş formasıdır. Ərəb işğalları dövründə (VII əsr) İraqın Kufə mahalından köçürülmüş tayfalardan biri olan ərəb-kufəlilər bu ərazidə məskunlaşmışdılar.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1027 nəfər əhali yaşayır.
İqtisadiyyatı
- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Kateqoriyalar:
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Kürdəmir rayonunun kəndləri