Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çəmənli (əvvəlki adı: Keştaz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Çəmənli kənd inzibati ərazi dairəsinin mərkəzidir.

Çəmənli (Şərur)

39°30′ şm. e. 44°59′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Çəmənli
39°30′ şm. e. 44°59′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Çəmənli xəritədə
Çəmənli
Çəmənli

Çəmənli (əvvəlki adı: Keştaz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Çəmənli kənd inzibati ərazi dairəsinin mərkəzidir.

Tarixi

SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Qara Həsənəli və Sovetabad (indiki Arpaçay) kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə qəbul olunmuş Qanunla Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Keştaz kəndi Çəmənli kəndi adlandırılmışdır. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə qəbul olunmuş Qanunla Naxçıvan Muxtar Respublikasının Şərur rayonu üzrə Arpaçay və Çəmənli kəndləri Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çəmənli kəndi mərkəz olmaqla, Çəmənli kənd inzibati ərazi dairəsi yaradılması qərara alınmışdı.

Əhalisi

Əhalisi 973 nəfərdir.(2009 - cu il)

Təhsil

Kənddə orta məktəb binası 1980-ci ildə tikilmişdir. 2017-ci il Fevralın 1-də Çəmənli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. 3 mərtəbəli və 380 şagird yerlik binada 3-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, şahmat otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və həyətdə açıq idman qurğuları vardır. Məktəbdə kitabxana işinin təşkili diqqətdə saxlanılır. Hazırda kitabxananın fondunda 4514 kitab vardır.

Kənd mərkəzi

2017-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çəmənli kənd mərkəzinin açılışını edib. Mərkəz binasının birinci mərtəbəsində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana və feldşer-mama məntəqəsi yerləşir. İkinci mərtəbədə isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və statistika işçisi üçün otaqlar ayrılıb.

Kənd kitabxanası

Kənd kitabxanasında 325 oxucu qeydiyyatdadır. Fondda 8 mindən artıq ədəbiyyat vardır.

Feldşer-mama məntəqəsi

4 otaqdan ibarətdir. Kənd Mərkəzinin binasında yerləşir

Üst