Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çarqaya dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 1372,9 m). Zəngəzur   silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun cənub istiqamətli Gəvək ş

Çarqaya dağı

Vikipediya, azad ensiklopediya
Çarqaya dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1372,9 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Ordubad

Çarqaya dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 1372,9 m). Zəngəzur   silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun cənub istiqamətli Gəvək şaxəsində, Arpadərəçay-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 2 km qərbdədir.  Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin maili yatan vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili sinklinalın nüvgə hissəsində yerləşir.

Həmçinin bax

Üst