Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Lakin erməni mənbələrində kəndin sakinləri qarapapaqlar göstərilməklə müstəqil xalq kimi təqdim edirlər.

Çaxmaq (Amasiya)

40°54′00″ şm. e. 43°42′00″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Kənd
Çaxmaq
40°54′00″ şm. e. 43°42′00″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Ağbaba mahalı
Rayon Amasiya rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2 nəf. (1886, 1897, 1926, 1939, 1959, 1970, 1979, 1989, 2004, 2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Çaxmaq xəritədə
Çaxmaq
Çaxmaq

ÇaxmaqQars vilayətinin Qars qəzasında, indi Amasiya rayonununda kənd.

Tarixi

Çaxmaq rayon mərkəzindən 7 km cənub-qərbdə, Türkiyə sərhəddində yerləşir.

Əhalisi

Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Lakin erməni mənbələrində kəndin sakinləri qarapapaqlar göstərilməklə müstəqil xalq kimi təqdim edirlər.

Halbuki qarapapaqlar azərbaycanlıların etnoqrafik qrupu və türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 282 nəfəry 1908-ci ildə 360 nəfər, 1914 - cü ildə 406 nəfər azərbaycanlı yaşamışdır.

1916-18-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra yaranan sakitliyə görə azərbaycanlılar öz torpaqlarına qayıda bilmişlər. 1922-ci ildə kənddə 82 nəfər, 1926-cı ildə 111 nəfər, 1931-ci ildə 89 nəfər, 1970-ci ildə 197 nəfər, 1987-ci ildə 400 nəfər azərbaycanlı yaşamışdır. Kəndə ermənilər 1922-ci ildə köçürülmüşdür. 1988-1989-cu ilin qışında (noyabr-dekabr-yanvar aylarında) azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır. Toponim şahsevən türk tayfasına mənsub olan çaxmaq etrionimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndim adı dəyişdirilib Kamxut qoyulmuşdur.

Tanınmışları

  • Qafar Çaxmaqlı — Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri.
Üst