
Çay hövzəsi — Müəyyən bir çaya yerin səthindən və yer altından su toplanan Ərazi. Çay hövzəsi bir-birindən suayrıcılar ilə ayrılır.
Çay hövzələri axarlı və axarsız hövzələrə bölünür. Bilavasitə çayı dənizə və ya okeana axıb gedən hövzəyə-axarlı hövzə, çay sisteminin Dünya okeanı ilə əlaqəsi olmayan hövzəyə isə axarsız hövzə deyilir. Axarsız hövzələr materiklərin daxili hissəsində hər tərəfi hündür çökək sahələrdə yerləşir.
Sutoplayıcı hövzə
Sutoplayıcı hövzə, sutoplayıcı sahə — Müəyyən çaya, gölə və ya dənizə yerüstü və yeraltı suların axdığı ərazidir. Sutoplayıcı hövzə suayrıcılarda bir-birindən ayrılır.
Həmçinin bax
- Çay şəbəkəsi
- Çay sistemi
- Çay (coğrafiya)
- Göl
Kateqoriyalar:
- Hövzələr
- Flüvial relyef formaları
- Geomorfologiya
- Hidrologiya
- Çaylar
- Su və ətraf mühit
- Coğrafi terminlər