Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çingiz Alqazax (türk. Cengiz Alkazak; 1938, İğdır – 1992, Ankara) — Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarəçisi, polkovnik. Gəncə, və Şəki üsyanlarının iştirakç

Çingiz Alqazax

Vikipediya, azad ensiklopediya
Çingiz Alqazax
Çingiz Qiyas bəy oğlu Alqazax
Şəxsi məlumatlar
Digər adı Cengiz Alkazak
Doğum tarixi
Doğum yeri İğdır, Türkiyə
Vəfat tarixi (53–54 yaşında)
Vəfat yeri Ankara, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Atası Qiyas bəy Şıxlinski

Çingiz Alqazax (türk. Cengiz Alkazak; 1938, İğdır1992, Ankara) — Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarəçisi, polkovnik. Gəncə, və Şəki üsyanlarının iştirakçısı Qiyas bəy Şıxlinskinin oğlu.

Həyatı və fəaliyyəti

1938-ci ildə Türkiyənin İqdır şəhərində doğulmuşdur. 1931-ci ildə Türkiyəyə mühacirət etmiş Qiyas bəy Şıxlinskinin oğludur. Türkiyədə Hərbi Aviasiya Məktəbini bitirmişdir. Paraşüt-desant idmanı üzrə Avropa çempionu olmuşdur. Türkiyə Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmiş, aviasiya hərbi eskadrilyasının komandiri olmuşdur, albay (polkovnik) rütbəsinədək yüksəlmişdir. 1992-ci ildə Ankarada vəfat etmiş, dövlət və ordu rəsmilərinin iştirakı ilə dəfn olunmuşdur.

Həmçinin bax

  • Şıxlinskilər
  • Qiyas bəy Şıxlinski
Üst