Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ülviyyə Tahir (tam adı: Ülviyyə Tahir qızı Mustafayeva; 15 noyabr 1980, Bəydövül, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı yazıçı, tərcüməçi və publi

Ülviyyə Tahir

Vikipediya, azad ensiklopediya
Ülviyyə Tahir
Ülviyyə Tahir qızı Mustafayeva
Doğum adı Ülviyyə Mustafayeva
Təxəllüsü Tahir
Doğum tarixi (45 yaş)
Doğum yeri Bəydövül, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşaqları 2 oğlan: Uveys (2005) və Useyd (2008)
Atası Tahir Mustafayev
Anası Gülsüm Mustafayeva
Təhsili Bakı Dövlət Universiteti, Tarix
Azərbaycan Dillər Universiteti, İngilis dili
İxtisası Tarixçi, filoloq, tərcüməçi
Fəaliyyəti yazıçı, tərcüməçi
Fəaliyyət illəri 2009—h.h.
Əsərlərinin dili azərbaycan dili
Janr Roman
Tanınmış əsəri ALJİR

Ülviyyə Tahir (tam adı: Ülviyyə Tahir qızı Mustafayeva; 15 noyabr 1980, Bəydövül, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı yazıçı, tərcüməçi və publisist.

Həyatı

Ülviyyə Tahir qızı Mustafayeva 15 noyabr 1980-ci ildə Azərbaycan SSR, Göyçay rayonunun, Bəydövül kəndində anadan olmuşdur.

Təhsili

1987—1998-ci illərdə Göyçay rayonu, Ə.Əsgərov adına orta məktəbdə təhsil almışdır.

1998-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 2002-ci ildə həmin fakültəni bitirmişdir.

2009-cu ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə daxil olmuşdur.

Fəaliyyəti

2009-cu ildə ilk hekayəsini yazmışdır.

2014-cü ildə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsində adlı pyeslə iştirak etmiş və 44 balla 7-ci yer olub.

"Stokholm Sindromu" hekayəsilə "Ədəbi Azadlıq-2015" müsabiqəsində iştirak edib.

Hazırda 150-ə yaxın hekayə, araşdırma məqalənin və tərcümə kitablarının müəllifidir.

Əsərləri

Müəllifi olduğu əsərlər

  1. Şeytanın missiyası
  2. Üzü cəhənnəmə
  3. Buqələmun
  4. Ortaq şəhər (hekayələr kitabı)
  5. ALJİR
  6. Şükriyyə Taleyim

Tərcümə və şərhçisi olduğu əsərlər

  1. Co Navarro / Marvin Karlins, Bədən dili
  2. Nevzat Tarhan, Qadın psixologiyası (Kadın psikolojisi) (nəşr edilməyib)

Həmçinin bax

  • Ceylan Mumoğlu
Üst