Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ümmü Ruman bint Amir ibn Uveymir ibn Əbdişəms əl-Kinaniyyə (ərəb. زينب بنت عامر الكنانية‎; v. 628, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri, Əb

Ümmü Ruman

  • Ana Səhifə
  • Ümmü Ruman

Ümmü Ruman bint Amir ibn Uveymir ibn Əbdişəms əl-Kinaniyyə (ərəb. زينب بنت عامر الكنانية‎; v. 628, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri, Əbu Bəkrin həyat yoldaşı, Aişənin anasıdır. Qureyş qəbiləsindəndir.

Ümmü Ruman
ərəb. أم رومان‎
Vəfat tarixi 628(0628)
Vəfat yeri
  • Mədinə
Həyat yoldaşı
  • Əbu Bəkr
Uşaqları
  • Aişə binti Əbu Bəkir,
  • Əbdürrəhman ibn Əbu Bəkr

Bioqrafiyası

Adının Zeynəb olduğu rəvayət edilsə də, künyəsi ilə tanındığı üçün adı unutulmuşdur. O, Kinanə qəbiləsinin əl-Haris qolunun Duhman nəslindən olan Amir ibn Uveymirin qızı idi. O, Əzd qəbiləsindən olan əl-Haris ibn Səhbarə ilə evlənir və onların Tufeyl adlı bir oğlu doğulur.

Ailə əs-Saradan Məkkəyə köçür və burada əl-Haris Əbu Bəkrlə ittifaq qurur. Bu zaman Əbu Bəkr artıq Quteylə binti Əbdüluzza ilə evli idi.

Qısa müddət sonra Ümmü Ruman dul və dəstəksiz qalır. Əbu Bəkr onunla evlənir və onların iki övladı olur: Əbdürrəhman və Aişə.

Ümmü Ruman 622-ci ildə Aişə, Əsma və Abdullahın müşayiəti ilə Mədinəyə hicrət edir.

İbn Səd Ümmü Rumanın 628-ci ilin aprel-may ayında Mədinədə vəfat etdiyini iddia edir. İbn Həcər əl-Əsqəlani onun 630-cu ildə vəfat etdiyinə inanırdı. Onun cənazəsi qəbrə qoyulan zaman Məhəmməd peyğəmbər belə demişdir:

" Hurilərin necə olduğunu bilmək istəyən Ümmü Rumanın necə göründüyünü xatırlasın. "

Hədis elmindəki yeri

Ümmü Ruman Məhəmməd peyğəmbərdən bir hədis rəvayət etmişdir. Tabiindən Məsruq ibn Əcdənin ondan nəql etdiyi rəvayətinin isə mürsəl olduğu qeyd olunur.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Möminə Xatun türbəsi

  • Aprel 18, 2026

    Sumqayıt FK

  • Aprel 04, 2026

    Şərur düzənliyi

  • Aprel 24, 2026

    Adil Tağıyev

  • Aprel 06, 2026

    IV Hörmüz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst