Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İblisin vəkili və ya Şeytanın vəkili (ing. The Devil's Advocate) — 1997-ci il Amerika istehsalı film.

İblisin vəkili

Vikipediya, azad ensiklopediya
İblisin vəkili
ing. The Devil's Advocate
Janr qorxu filmi, fentezi filmi[d], müəmma filmi, triller filmi, dram filmi
Əsas mövzu fövqəltəbiilik, Demon
Rejissor
  • Teylor Hekford[…]
Prodüserlər
  • Arnon Milçen[d]
Baş rollarda
  • Kianu Rivz[…]
  • Al Paçino[…]
  • Şarliz Teron[…]
  • Konni Nilsen[d]
  • Don Kinq
Geyim rəssamı Sara Eduards[d]
İstehsalçı Regency Enterprises[d]
Distribütor Warner Bros., HBO Max[d]
İlk baxış tarixi 1997, 22 yanvar 1998
Müddət 143 dəq
Ölkə
  •  ABŞ
Dil ingilis dili
Rəng rəngli[d]
Çəkiliş yeri Nyu-York, Florida
IMDb ID0118971

İblisin vəkili və ya Şeytanın vəkili (ing. The Devil's Advocate) — 1997-ci il Amerika istehsalı film.

Filmin mövzusu

Hüquqlarını qoruduğu şəxslərin günahkar olub-olmamasına baxmayaraq öz işini görən və heç bir məhkəmə zalından məğlub ayrılmayan vəkil Kevin Lomaks böyük bir iş təklifini qəbul edər və Floridadan Nyu Yorka köçür. Yeni müdiri isə Con Milton adlı varlıdır. Əvvəlcə hər şey qaydasında gedir, Kevin yenə də öz işini görür və ona tapşırılan işlərin öhdəsindən gəlir. Lakin getdikcə Kevinin şəxsi həyatı alt-üst olmağa, yoldaşı Meri Ann ilə əlaqələri soyumağa başlayır. Bütün bu baş verənlərdə Con Miltonun mistik təsiri vardır.Filmdə göstərilən keçi qurban etmə səhnəsi yəhudilikdən gələn günahdan təmizlənmə ayini ilə əlaqəlidir.

Aktyor heyəti

  • Al Paçino — Con Milton
  • Kianu Rivz — Kevin Lomaks
  • Şarliz Teron — Meri Enn Lomaks
  • Cefri Cons — Eddi Barzun
  • Cudit Ayvi — Xanım Elis Lomaks
  • Konni Nilsen — Kristabella Andreoli
  • Kreyq T. Nelson — Aleksandr Kallen
  • Tamara Tuni — Xanım Ceki Hit
  • Ruben Santyaqo-Hadson — Limon Hit
  • Debra Monk — Pem Qarreti
  • Vayto Ruqinis — Mitç Viver
  • Laura Harrinqton — Melissa Blek
  • Pamela Qrey — Xanım Dayana Barzun
  • Corc Vayner — Mayzel
  • Kris Bauer — Lloyd Gettis
  • Konni Embesi — Xanın Bernis Gettis
  • Conatan Kavallari — Gettisin oğlu
  • Hizer Matarazzo — Barbara
  • Don Kinq — özü

Mükafatlar

Üst