Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbül-Fərəc Məhəmməd ibn İshaq ibn Məhəmməd ibn İshaq İbn ən-Nədim (ərəb. ابن النديم‎; X əsr, Bağdad – 995) — bioqraf, biblioqraf.

İbn ən-Nədim

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
İbn ən-Nədim
ərəb. ابن النديم
Doğum tarixi X əsr
Doğum yeri
Vəfat tarixi 995(0995)
Elm sahəsi biblioqrafiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbül-Fərəc Məhəmməd ibn İshaq ibn Məhəmməd ibn İshaq İbn ən-Nədim (ərəb. ابن النديم; X əsr, Bağdad995) — bioqraf, biblioqraf.

Həyatı

"Fihrist"də verilən məlumata görə İbn ən-Nədim təqribən 935-ci ildə Bağdadda anadan olmuşdur. Atasının kitab dükanı olduğundan o, uşaq yaşlarından kitab ticarəti və kitabların üzünün köçürülməsi ilə məşğul olmuşdur. Bu məşğuliyyət onda biblioqrafik işə və kitabşünaslığa maraq oyatmışdır. Belə güman edirlər ki, o, 990-cı ildə "Fihrist" əsərini bitirdikdən sonra vəfat etmişdir.

İbn ən-Nədim atası kitab taciri olmuşdur. Müəllifin ömrünün çox hissəsini Bağdadda keçirməsi və orada kitab bazarı ilə tanış olması "Fihrist"in coğrafi əhatəsini müəyyənləşdirir. Əsərdə Çinin, Hindistanın, Fransanın, rusların və b. yazı nümunələrindən bəhs olunur.

Üst