Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İbn Rüstə və ya Əbu Əli Əhməd ibn Ömər ibn Rüstə (ərəb. ابن رسته‎; bilinmir, İsfahan – 912) — IX əsrin 2-ci yarısı – X əsrin əvvəllərində yaşamış ərəb alimi, co

İbn Rüstə

Vikipediya, azad ensiklopediya
İbn Rüstə
ərəb. ابن رسته
Doğum tarixi bilinmir
Doğum yeri
  • İsfahan, İran
Vəfat tarixi 912(0912)
Elm sahələri coğrafiya, səyahət

İbn Rüstə və ya Əbu Əli Əhməd ibn Ömər ibn Rüstə (ərəb. ابن رسته; bilinmir, İsfahan912) — IX əsrin 2-ci yarısı – X əsrin əvvəllərində yaşamış ərəb alimi, coğrafiyaşünas. Uzun müddət elmi ədəbiyyatda səhvən İbn Dəstə kimi tanınmışdır. Mənşəcə farsdır.

Həyatı

İbn-Rüsta "Qiymətli incilər" əsərinin müəllifidir. Bu əsərdə о, hətta Şərqi Avropa haqqında və burada yaşayan xalqların adət-ənənələri barədə məlumatlar verir. Əsərdə Volqa-Kama türkdilli xalqlara İslam dininin IX əsrdə ərəblərin gətirdiyi qeyd olunur. İbn-Rusta bulqarları səciyyələndirərək yazır: "Bulqarlar Xəzər dənizinə tökülən çayın sahilində məskunlaşmışlar. Onların ölkələri bataqlıq və meşəliklərdən ibarətdir". Daha sonra Kuyab (Kiyev) haqqında məlumat verərək yazır: "Bu slavyan ölkəsi düzənlik və meşəliklərdən ibarətdir".

Üst