Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbül-Fəzl Əbdülhəmid ibn Vasi ibn Türk əl-Gili (ərəb. ابن ترك‎; I minillik – IX əsr) — İslam aləmində məşhur Türk riyaziyyatçı alim.

İbn Türk

Vikipediya, azad ensiklopediya
İbn Türk
ərəb. ابن ترك
Doğum tarixi I minillik
Vəfat tarixi IX əsr
Fəaliyyəti riyaziyyatçı

Əbül-Fəzl Əbdülhəmid ibn Vasi ibn Türk əl-Gili (ərəb. ابن ترك; I minillikIX əsr) — İslam aləmində məşhur Türk riyaziyyatçı alim.

Mənşəyi

Əbu Məhəmməd onun künyəsidir, İbn Türk ləqəbi isə onun etnik mənsubiyətini (nisbə) bildirir. Bəzi ehtimallara görə xəzər əsillidir.

Bəzi mənbələr onun başqa ləqəbini də qeyd edirlər: əl-Gili, əl-Cili, lakin ən çox "əl-Huttali" ləqəbi ilə tanınır. Lakin, ehtimal ki onun şəxsi əlyazmasında, "əl-Gilli" və ya "əl-Cilli" kimi qeyd edilir.

Apriori bu nisbə üçün mənşə adı Gilan sözü hesab olunur. Belə nisbə, doğrudan da buradan çıxan bəzi alimlər daşıyır. Lakin yenə apriori bunu həm də qumuq kəndi Gelini də hesab etmək olar.

Bu sözə orta əsr türklərində həm etnonim kimi (gilə, gülə) həm də özəl Geli ad kimi də rast gəlmək olar. Yeri gəlmişkən bu ləqəbi Əbdülhəmidin nəvəsi, onun kimi böyük alim, Əbu Bərzə ibn Məhəmməd ibn Əbdülhəmid ət-Türki də daşıyırdı.

Həyatı

Mənbələrdə onun həyatı və fəaliyyəti barədə dəqiq məlumatlar yoxdur, ancaq məlumdur ki, o xəlifə Məmunun dövründə yaşayıb və yaradıb. Dövrümüzə qədər gəlib çatmış yegənə əsəri (cəbrdən olan) "əd-Dərurat fil-Muktəranət min Kitabil-Cəbr vəl-Muqabələ"dir. Bu elmi əsəri 1962-ci ildə Ankarada türk və ingilis dillərinə tərcümə edilmişdir.

Həmçinin bax

  • Übeydullah ibn Yəhya ibn Xaqan
  • İshaq ibn Kundac əl-Xəzəri
  • İtax
  • Fateh ibn Xaqan
Üst