Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbu Abdullah Məhəmməd ibn İshaq ibn Xuzeymə (ərəb. ابن خزيمة‎; 1 yanvar 838, Nişapur – 924) — İslam alimi.

İbn Xuzeymə

Vikipediya, azad ensiklopediya
İbn Xuzeymə
ərəb. ابن خزيمة
Doğum tarixi 1 yanvar 838(0838-01-01)
Doğum yeri
  • Nişapur, İran
Vəfat tarixi 924(0924) (85–86 yaşında)
Elm sahəsi hədis
Tanınmış yetirməsi İbn Hibban

Əbu Abdullah Məhəmməd ibn İshaq ibn Xuzeymə (ərəb. ابن خزيمة; 1 yanvar 838, Nişapur924) — İslam alimi.

Həyatı

Əbu Abdullah Məhəmməd ibn İshaq ibn Xuzeymə 837-ci ildə Xorasanın Nişapur şəhərində anadan olmuşdur.

"İmamul-əimmə" (imamların imamı) ləqəbli Məhəmməd ibn İshaq ibn Xuzeymə Nişaburi şafii məzhəbinə etiqad bəsləyirdi. İraq hədisçilərinin şeyxi sayılırdı. İbn Xuzeymənin 140-dan artıq kitab yazdığı rəvayət edilir. Onun ən məşhur əsəri 3000-dən artıq hədisi ehtiva edən və bablar (fəsillər) üzrə bölünmüş "Səhih" kitabıdır.

İbn Xuzeymə 923-cü ildə vəfat edib.

Müəllimləri və tələbləri

O, Məhəmməd ibn İbrahim Buşənciyə, Əli ibn Hucra, Bəkkar ibn Quteybəyə, Əbu Abdullah ibn Əbdülhakimə və Osman Dərimiyə tələbəlik etmişdir. İbn Hibban, İbn Səid əl-Haşimi, Dəğuli, Əbu Əli ən-Nisaburi, Daləc ibn Əhməd isə ona tələbəlik etmişlər.

Həmçinin bax

  • Səhih İbn Xuzeymə
Üst