Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İdris Məmmədhüseyn oğlu Axundzadə (1914, Tovuz, Qazax qəzası – 1999, Bakı) — biologiya elmlər doktoru, professor, əməkdar elm xadimi, Genetika–seleksiya Elmi-tə

İdris Axundzadə

Vikipediya, azad ensiklopediya
İdris Axundzadə
İdris Məmmədhüseyn oğlu Axundzadə
Doğum tarixi 1914(1914)
Doğum yeri
Vəfat tarixi 1999(1999) (84–85 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elmi dərəcəsi
  • biologiya elmləri doktoru
Elmi adı
  • professor
İş yerləri
  • Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1939–1942),
  • AMEA Genetik Ehtiyatlar İnstitutu (1960–1999)
Təhsili
  • Zaqatala Kənd Təsərrüfatı Texnikumu (1930-cu ilədək),
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Ulduz" ordeni

İdris Məmmədhüseyn oğlu Axundzadə (1914, Tovuz, Qazax qəzası1999, Bakı) — biologiya elmlər doktoru, professor, əməkdar elm xadimi, Genetika–seleksiya Elmi-tədqiqat İsntitutunun direktoru (1960–1980), AMEA-nın müxbir üzvü.

Həyatı

Axundzadə İdris Məmməd Hüseyn oğlu 1914-cü ildə Tovuzda ziyalı ailəsində anadan olmuşdur. 1930-cu ildə Zaqatala kənd təsərrüfatı texnikumunu və daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (AKTİ) bitirmişdir. İ. M. Axundzadə 1934-cü ildə akademik N. İ. Vavilovun dəstəyi ilə Rütubətli Subtropik Elmi-Tədqiqat Mərkəzinin (sonradan Çay və Subtropik Bitkilər Ümumittifaq Elmi-Tədqiqat İnstitutu) aspiranturasına qəbul edilmişdir. Alim 1939–1942-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda baş müəllim, dosent və subtropik bitkilər kafedrasının müdiri vəzifəsində çalışmış, 1942-ci ildə Kənd Təsərrüfatı Komissarlığının Ali Məktəblər, Texnikumlar və Elmi-Tədqiqat Müəssisələri İdarəsinin rəisi, 1944-cü ildə Çoxillik Bitkilərin Azərbaycan Elmi-Tədqiqat İnstitutunun (indiki Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu) direktoru təyin edilmişdir. 1956–1961-ci illərdə İ. M. Axundzadə Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda (indiki Genetik Ehtiyatlar İnstitutu) direktor, 1956–1987-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır.

1987-ci ildən ömrünün sonuna kimi aparıcı elmi işçi vəzifəsində çalışmışdır.

1965-ci ildə İ. Axundzadə biologiya elmləri doktoru elmi dərəcəsi, 13 iyun 1966-cı ildə professor adı almışdır. Ümumiyyətlə, İ. Axundzadə elmi fəaliyyət müddətində 1 cırtdan alma, 1 innab, 2 feyxoa, 4 nar sortu yaratmışdır.

İ. Axundzadə tərəfindən 30-a qədər elmlər namizədi hazırlanmışdır.

Professor 200 elmi məqalə, 6 monoqrafiya, 1 dərslik və aqronomlar üçün 3 məsləhət kitabçasının müəllifidir.

Təltifləri

İ. M. Axundzadənin elmi, təcrübi, pedaqoji, ictimai fəaliyyəti sahəsindəki böyük xidmətləri dəfələrlə yüksək dövlət mükafatlarına – Qırmızı Əmək Bayrağı ordeninə, 5 medala, Özbəkistan SSR-nin və Əfqanıstanın fəxri fərmanlarına, Əfqanıstanın ali "Ulduz ordeni"nə layiq görülmüşdür.

Üst