Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İlqar Bağırov və ya Balu (tam adı: İlqar Saleh oğlu Bağırov; d. 12 may 1970, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 30 sentyabr 2014, Luqansk, Ukrayna) — Donbass mühar

İlqar Bağırov

Vikipediya, azad ensiklopediya
İlqar Bağırov
İlqar Saleh oğlu Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (44 yaşında)
Vəfat yeri Luqansk , Ukrayna
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri İrpen, Kiyev, Ukrayna
Uşağı 1 qız
Atası Saleh Bağırov
Təhsili
  • İvan Kojedub adına Xarkov Milli Hava Qüvvələri Universiteti[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Ukrayna
Rütbəsi
  • kapitan
Döyüşlər
  • Donbass müharibəsi
Təltifləri 3-cü dərəcəli "Cəsarət" ordeni

İlqar Bağırov və ya Balu (tam adı: İlqar Saleh oğlu Bağırov; d. 12 may 1970, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 30 sentyabr 2014, Luqansk, Ukrayna) — Donbass müharibəsi şəhidi.

Həyatı

Erkən illəri

İlqar Bağırov 1970-ci il mayın 12-də Bakıda anadan olmuşdur. O, 1987-ci ildə Xarkov Ali Hərbi Aviasiya məktəbinə daxil olub, 1992-ci ildə bu müəssəni bitirmişdir.

Donbass müharibəsi və döyüşlərdə iştirakı

Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçən İlqar Bağırov, Donbassda döyüşlər başlayan gündən Müdafiə Nazirliyinin nəzdində yaradılan 11-ci “Kiyevskaya Rus” batalyonunda kəşfiyyat qrupunun rəhbəri idi.

Ölümü

İlqar Bağırovun İrpendə məzarı

2014-cü il sentyabr ayının 30-da Luqansk vilayətinin Debaltsev şəhərində gedən qızğın döyüşlər zamanı onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşüb. Qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar Bağırov mühasirədən çıxmayacağını görüb, əl qumabarası ilə özünü partladıb. Onun meyiti naməlum şəxslər tərəfindən tapılaraq elə həmin yerdə dəfn olunub. Bir müddət əvvəl meyitin qalıqları Ukrayna əsgərləri tərəfindən həmin ərazidən çıxarılaraq Kiyevin İrpen bölgəsində aparılıb və orada dəfn olunub.

Şəxsi həyatı

Ailəli idi, bir qızı yadigar qalıb.

Ləqəbi

Ukrayna xalqı arasında “Balu” kimi tanınırdı.

İrsi

2015-ci il dekabrın 23-də İrpin İqtisadi Kollecində onun adına şərəf lövhəsi vurulmuşdur.

Təltif və mükafatları

İlqar Bağırova ölümündən sonra Ukrayna "İgidliyə görə" ordeni ilə təltif edilib.

  • 2015 — Ukrayna "İgidliyə görə" ordeni (III dərəcəli)

Həmçinin bax

  • Vladimir Məmmədəliyev
  • Yolçu Əliyev
Üst