Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İlqar Xəyal (15 sentyabr 1966, Bakı) — Azərbaycanlı müğənni, televiziya aparıcısı və Karvan qrupunun keçmiş solistidir.

İlqar Xəyal

Vikipediya, azad ensiklopediya
İlqar Xəyal
Ümumi məlumatlar
Doğum adı İlqar Xəyal
Doğum tarixi (59 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, teleaparıcı
Fəaliyyət illəri 1989-h.h.
Janr pop
Albom şirkətləri AzTV
ANS Records
Əlaqələri Karvan (qrup)
Natiq Qəzənfəroğlu
Məryəm Əlibəyli

İlqar Xəyal (15 sentyabr 1966, Bakı) — Azərbaycanlı müğənni, televiziya aparıcısı və Karvan qrupunun keçmiş solistidir.

Həyatı

1966-cı il sentyabr ayının 15-də Bakıda anadan olmuşdur. İlqar Xəyal orta təhsilini 190 nömrəli orta məktəbdə, ali təhsilini isə Azərbaycan Texniki Universitetində almışdır. Tar üzrə musiqi təhsili vardır. Gənclik illərindən müasir musiqiyə və geyimlərə meyil göstərmişdir. "Bakı payızı" müsabiqəsinin birincisi olandan sonra 1988-ci ildə Sevinc Kərimova İlqarı "Karvan" qrupuna dəvət etdi və o zaman "Qərib Durnalar" mahnısı təqdim olundu. "Karvan" qrupu daxilində isə ilk mahnısı "Sarı Güllər" oldu. Bu mahnıya çəkilən klip Azərbaycanda çəkilən ilk rəsmi klip idi.

1990-cı illərin əvvəlində məşhur Karvan qrupunun tərkibində məşhurlaşmışdır.

İki dəfə ailəli olub. Birinci evliliyindən üç oğlu, ikinci evliliyindən bir qızı var.

Diskoqrafiya

Albom

Mahnılar

  • Bakinski bulvar
  • Ərköyün qız
  • Haradasan
  • İlahə
  • Kaş ki, olaydım
  • Mələyim
  • Ömür günləri
  • Ptitsa volnaya
  • Qara gözlər
  • Qərib dünyalar
  • Sarı güllər
  • Tufanla oynama

Filmoqrafiya

  • 2002-2003: Baş-başa (ANS TV)
  • 2010-2013: Çempionlar klubu (İdman Azərbaycan)
  • 2022: Səs Azərbaycan

Həmçinin bax

  • Karvan (qrup)
Üst