Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ələddin Əbu Bəkr ibn Məsud ibn Əhməd əl-Kəsani (ərəb. الإمام الكساني‎; XII əsr – 3 avqust 1191, Hələb) — Hənəfi fəqih və müdərris.

İmam Kəsani

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Əl-Kəsani
ərəb. علاء الدين الكاساني‎
Doğum tarixi XII əsr
Vəfat tarixi 3 avqust 1191(1191-08-03)
Vəfat yeri
Həyat yoldaşı
  • Fatimə bint əs-Səmərqəndiyyə
Elm sahəsi Hənəfi məzhəbi
Tanınmış yetirməsi Cəmaləddin Qəznəvi[d]

Ələddin Əbu Bəkr ibn Məsud ibn Əhməd əl-Kəsani (ərəb. الإمام الكساني‎; XII əsr – 3 avqust 1191, Hələb) — Hənəfi fəqih və müdərris.

Bioqrafiyası

O, Sırdərya çayının şimalında yerləşən Kasanda (Kaşan) dünyaya gəlmişdir.

Müəllimləri arasında daha sonra qayınatası olan Əlaəddin əs-Səmərqəndi, şagirdləri arasında isə oğlu Mahmud və "əl-Müqəddiməlül-Qəznəviyyə" adlı əsərin müəllifi Əhməd ibn Məhəmməd əl-Qəznəvi kimi alimlər vardır.

"Məlikül-üləma" ləqəbiylə tanınan Kəsaninin əsl şöhrəti, Ələddin əs-Səmərqəndinin "Töhfətül-füqaha" adlı kitabına yazdığı "Bədaus-Sənai" adlı şərhindən qaynaqlanmaqdadır. Bundan çox məmnun qalan müəllimi bir fiqh alimi olan qızı Fatiməni onunla evləndirmiş və mehir olaraq da bu əsəri qəbul etmişdir.

Müxtəlif elm səfərlərinə çıxan Kəsani bir ara Konyaya gedərək Səlcuqlu Sultanı I Məsudun sarayında qalmış və bu sırada bəzi elmi müzakirələrə qatılmışdır. Daha sonra Konyadan Hələbdə olan Nurəddin Mahmud Zənginin yanına elçi olaraq göndərilən Kəsani elm adamları və şagirdlər arasında böyük etibar görərək, Zəngi tərəfindən Hələviyyə Mədrəsəsinə müəllim olaraq təyin edilmiş və həyatının sonuna qədər burada dərs vermişdir.

Kəsani 1191-ci ildə Hələbdə vəfat etmişdir.

Əsərləri

Kəssaninin məlum olan ən məşhur əsəri "Bədəus-Sənəi fi tərtibiş-Şəriə"dir. Əsər, Ələddin əs-Səmərqəndinin və Qudurinin "əl-Müxtəsər" adlı əsərinə söykənən "Töhfətül-füqaha" adlı kitabının şərhi olaraq qələmə alınmaqla birlikdə klassik mənada bir şərh olmayıb, yeni bir sistemlə yazılmışdır.

Üst