| Bu məqalə stadion haqqındadır. Digər mənalar üçün İnşaatçı (dəqiqləşdirmə) səhifəsinə baxın. |
| İnşaatçı stadionu | |
|---|---|
| Tam adı | İnşaatçı Təlim-Məşq Bazası |
| Qeyri-rəsmi adı | rus. Строитель |
| Yeri | İnşaatçılar qəsəbəsi, Koroğlu prospekti |
| Açılış tarixi | 1956 |
| Sahibi | Gənclər və İdman Nazirliyi |
| Tamaşaçı tutumu | 5 000 |
| Ev sahibi komanda | Həkəri FK |
| Meydançanın ölçüləri | 104 x 69 |
| Ot örtüyü | təbii |
İnşaatçılar stadionu — Sumqayıt şəhərində yerləşən stadion.
1956-cı ildə tikilərək idmançıların istifadəsinə verilmiş İnşaatçı stadionu 2013-cü ilə qədər Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan sonra Sumqayıtın ikinci ən böyük stadionu olub. Stadionun eyni vaxtda buraxılma qabiliyyəti 164 nəfər idi.
Sovet vaxtlarında stadionda otüstü hokkey oyunları da keçirilib.
Mövcud vəziyyəti
Stadionun ot örtüyünün bərbad vəziyyətdə olması texnikalı oyun nümayiş etdirməyə imkan vermir. Tribunalardakı taxta oturacaqlar hələ də dəyişdirilməyib. Bundan başqa, paltardəyişmə və digər yardımçı otaqların təmirə ehtiyacı var. Hazırda (2016-cı il üçün) dağılmış vəziyyətdə olan stadionun gələcək taleyi müəmmalıdır.
Həmçinin bax
- Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
- Kapital Bank Arena
- Məhsul stadionu
- Əlifba sırasına görə stadionlar
- İdman qaralamaları
- Sumqayıt qaralamaları
- Azərbaycan stadionları
- Sumqayıt
- 1956-cı ildə Azərbaycanda yarananlar