Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların tə

İprit

  • Ana Səhifə
  • İprit

İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir.

İprit
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C4H8Cl2S
Fiziki xassələri
Sıxlıq 1,37 q/sm³, 1,338 q/sm³, 1,2741 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 13,5 °C, 14,45 °C
Qaynama nöqtəsi 198 ± 9 °C, 227,8 °C
Buxarın təzyiqi 9,59921 Pa, 14,6655 Pa
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,5313
Təsnifatı
CAS-da qeyd. nöm. 505-60-2
PubChem 10461
EINECS-də qeyd. nöm. 684-527-7
SMILES
 
  • C(CCl)SCCCl
InChI
 
  • InChI=1S/C4H8Cl2S/c5-1-3-7-4-2-6/h1-4H2
    QKSKPIVNLNLAAV-UHFFFAOYSA-N
RTECS WQ0900000
ChEBI 25434
BMT nömrəsi 2810
ChemSpider 21106142
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir.

Mündəricat

Toksiki xassələri

İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur.

Əgər iprit buxarları gözə düşərsə, 2–4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir.

İprit buxarları tənəffüs yollarına düşdükdə 4–12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.

İprit mədə-bağırsaq yollarına düşdükdə 30–60 dəqiqədən sonra mədədə kəskin ağrılar başlayır, ürəkbulanma və qusma baş verir. Mədə-bağırsaq zəhərlənmələri çox halda ölümlə nəticələnir.

İprit gizli təsir dövrünə malikdir və onun müddəti zəhərli maddənin dozasından, fərdi hissiyyatdan və xarici mühitin temperaturundan asılıdır.

Deqazasiya

Deqazasiya xlorlu əhəng, xloramin B və T, hipoxlorid turşusunun kalsium duzlarından ipriti neytrallaşdırmaq üçün istifadə edilir. Deqazatorlar ipriti sulfoksid və başqa maddələrə çevirir.

Həmçinin bax

  • Lyuizit
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Qafqaz canişinliyi

  • Mart 26, 2026

    Segah

  • Mart 26, 2026

    Araz çayı

  • Mart 26, 2026

    Molla Nəsrəddin (jurnal)

  • Mart 26, 2026

    Vasif Talıbov

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst