| İsmət Səttarov | |
|---|---|
Vəzifədədir | |
| 9 fevral 2022-ci ildən | |
| Əvvəlki | Vəzifə təsis edildi. |
Vəzifədədir | |
| 30 dekabr 2021-ci ildən | |
| Əvvəlki | Vəzifə təsis edildi. |
| 6 aprel 2020 – 30 dekabr 2021 | |
| Əvvəlki | Nuşirəvan Məhərrəmli |
| Sonrakı | Vəzifə ləğv edildi. |
| 4 aprel 2021 – 30 dekabr 2021 | |
| Əvvəlki | Nuşirəvan Məhərrəmli |
| Sonrakı | Vəzifə ləğv edildi. |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1983 (42–43 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Təltifləri | |
| ntrc.gov.az | |
İsmət Rəcəb oğlu Səttarov (1983, Bakı) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri.
Həyatı
İsmət Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika və tətbiqi riyaziyyat" fakültəsində təhsil almışdır. Texnika elmləri üzrə fəlsəfə doktorudur.
2000–2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.
2011-ci ildən yeni yaradılmış "Region TV" adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cü ildən həmin prodüser qrupunun əsasında yaradılmış "Region TV" telekanalının direktoru olmuşdur. 2016-cı ildən ARB Media Qrupun rəhbəri, "ARB24" MMC-nin direktoru vəzifəsini icra etmişdir.
İsmət Səttarov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.
2020-ci il aprel ayının 6-da Milli Televiziya və Radio Şurasına sədr seçilmişdir.
Evlidir, bir övladı var.
Təltifləri
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 21 iyul 2025
- 1983-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Bakı Dövlət Universitetinin məzunları
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Respublikası Audiovizual Şurasının üzvləri
- Azərbaycan Respublikası Audiovizual Şurasının sədrləri