Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İtikənarlı süsən (lat. Iris acutiloba) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Nadir məhdud are

İtikənarlı süsən

Vikipediya, azad ensiklopediya
İtikənarlı süsən
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Süsənkimilər
Yarımfəsilə:
Süsənkimilər
Triba:
Süsənkimilər
Cins:
Süsən
Növ:
İtikənarlı süsən
Beynəlxalq elmi adı
  • Iris acutiloba C.A.Mey., 1831

İtikənarlı süsən (lat. Iris acutiloba) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Nadir məhdud areallı Qafqaz endemidir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2b(iii); B1ab(iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Status — EN B2ab(iii)c(v).

Botaniki xarakteristikası

Çoxillik ot bitkisidir. Gövdə 4–12 sm hündürlükdə, əsası soğanabənzər yoğunlaşmışdır, bir təpə çiçəyi var. Yarpaqları boz—göyümtül, nazik xətvari, 1–3 mm enində, oraqvari və bir qədər spiralvari əyilmiş, gövdədən adətən uzundur. Təpə yarpaqları otvari pərdəli, lansetvari, itidir. Çiçəkyanlığının borucuğu bir qədər yumurtalıqdan qısadır, çiçəkyanlığı qıfşəkilli, 5–7 sm uzunluğunda, xarici tərəfdəki 4–5 sm uzunluqda, uzunsov-lansetvari və ya uzunsov xətvari, təpə hissədən daralmış küt, bəzən oyuq olur. Tozcuqlar sarımtıl, sütuncuğun kənarları, çiçəkyanlığının xarici qısadır, tünd-yaşılımtıldır. Qutucuq 3–5 sm uzunluğunda, ellipsivari-üçtillidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarının birinci ongünlüyünə təsadüf edir. Kserofit, duzlaşmaya davamlı bitkidir. Kökümsovvə toxum vasitəsilə çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir. Quru qumlu, gilli və daşlı yamaclarda dənizkənarı qumluqlarda bitir. Düzənliklərdə və aşağı dağ qurşağında yayılmışdır. Dekorativ bitkidir.

Yayılması

Qobustan, Abşeron (Semet zavodunun arxası, Qaradağ Neft Terminalına yaxın Otman-Bozdağın ətəkləri, Mərdəkan, Şüvəlan, Nasosnı qəsəbələri, Giləzi, Zığ kəndləri, Yasamal vadisi, Qobustandakı qoruq sahəsinin ətrafı.), Böyük Qafqazın Quba sahəsi, Xəzər sahili ovalığı (Xızı rayonu, Giləzi kəndi ətrafında) və Kür-Araz ovalıqları, Yardımlı rayonu (Dağüzü kəndi), Şuşa rayonu (Topxana), Cəbrayıl rayonu (Qumlaq və Xudafərin kəndi). Azərbaycandan kənarda Dağıstanda yayılıb.

Sayı və tendensiyası

Populyasiyaları (30%) azalmaqdadır. Fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azalması müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanması, dekorativ bitki kimi intensiv toplanması, arellarının sənaye mərkəzlərinə yaxın olması, yeni tikintilər və mühəndis qurğuları vasitəsilə areallarından sıxışdırılaraq məhv olunmaları).

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsirlərin azaldılması məqsədilə yasaqlıqların təşkili, Populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Çoxalması

Toxumla və vegetativ yolla çoxalır. Sahənin otarılması, həvəskarlar tərəfindən toplanması bitkinin azalmasına səbəb olub. Həvəskarlar tərəfindən becərilir. Azərbaycan Botanika İnstitutunun botanika bağında əkilir. Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmamışdır.

Sinonimləri

Homotipik sinonimləri

  • Oncocyclus acutilobus (C.A.Mey.) Siemssen

Yarımnövləri

  • Iris acutiloba subsp. acutiloba
  • Iris acutiloba subsp. lineolata (Trautv.) B.Mathew & Wendelbo

Həmçinin bax

Üst