Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İvrit əlifbası — Sami dil ailəsinə daxil olan və İsrail dövlətinin rəsmi dövlət dili olan İvrit dilinin yazılması üçün istifadə olunan əlifba.

İvrit əlifbası

  • Ana Səhifə
  • İvrit əlifbası

İvrit əlifbası — Sami dil ailəsinə daxil olan və İsrail dövlətinin rəsmi dövlət dili olan İvrit dilinin yazılması üçün istifadə olunan əlifba.

İvrit əlifbası
Dillər ivrit dili, İdiş dili, Ladino
Yaranma tarixi II əsr
ISO 15924 Hebr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İvrit əlifbasında yazı digər Sami əlifbasındakılar kimi sağdan sola yazılır. Əlifba 22 samit hərfdən ibarətdir. Sait səslər yazılmır və sait hərf də yoxdur. Hərflər bitişdirilməz və ayrı yazılır. 5 hərfin sözün sonunda yazılışı başqa cürdür.

Sait səslər (Nikkud, cəm: Nikkudot) əsas hərflərə qoyulan işarələrlə ifadə olunur, amma bu nöqtələmə çox vaxt istifadə olunmur. Bunlar ancaq dini mətnlərdə tətbiq olunur.

İvrit əlifbası təkcə İsrail yəhudilərinin deyil, həmçinin Aşkenazilərin danışdığı və German mənşəli olan yidiş (yəhudi almanca) ilə Seferad mənşəli yəhudilərin danışdığı ladino (yəhudi ispanca) dilinin yazılmasında da istifadə olunur. Musa peyğəmbərin dövründə yəhudilərin müqəddəs kitabı olan Tövrat ivrit dilində yazıldığına görə yəhudilər bu dili "Müqəddəs Dil" də adlandırırlar.

Tarix boyunca çox az şəkil dəyişdirmiş əlifbanın antik dövr İvrit əlifbası, Xana yazı, əl yazısı, raşi və solitreo kimi formaları mövcuddur.

Hər ivrit hərfinin öz cəbri dəyəri vardır. Məsələn, alefin dəyəri 1, yodun dəyəri 10-dur. 11 ədədi isə bu iki hərfin birləşməsi ilə əmələ gəlir. (יא).

Əlifba

HərfSofitAdıSəsCəbri dəyəri
א—Alefa1
ב—Bet, vetb, v2
ג—Qimelq3
ד—Daletd4
ה—Heh, a5
ו—Vavv, u, o6
ז—Zayinz7
ח—Xetx8
ט—Tett9
י—Yudy, i10
ךכKafk, x, h20
ל—Lamedl30
םמMemm40
ןנNunn50
ס—Samehs60
ע—Ġayinġ70
ףפPe, fef, p80
ץצTsadikts90
ק—Kufk100
ר—Reşr200
ש—Şeşş, s300
ת—Tavt400
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Prosessor

  • Aprel 09, 2026

    Hüseyn Rəhmanov

  • Aprel 07, 2026

    Rüfət Əzizov

  • Mart 28, 2026

    Tamamlıq

  • Aprel 04, 2026

    I Yezid

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst