Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası – 2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964); Qadın gəmi kapitanı; İkinci dünya müha

Şövkət Səlimova

Vikipediya, azad ensiklopediya
Şövkət Səlimova
Doğum tarixi 25 dekabr 1920(1920-12-25)
Doğum yeri
Vəfat tarixi 2 iyul 1999(1999-07-02) (78 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Mükafatları "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1971
"Qırmızı ulduz" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964); Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur.

Həyatı

Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur.

1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir.

1999-cu ildə Bakı şəhərində vəfat etmişdir.

Ailəsi

Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur.

Müharibə illəri

İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur.

Elmi-pedaqoji fəaliyyəti

1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir.

1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1971
  • "Qırmızı Ulduz" ordeni
  • 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni
  • "Qafqazın müdafiəsinə görə" medalı
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

İrsi

2025-ci ilin oktaybrında "Şövkət" filmi təqdim olunub.

Üst