Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 70 təsərrüfatda hər iki cinsdən toplam 253 nəfər əhali yaşayır.

Şıxlar (Qax)

41°21′15″ şm. e. 46°46′41″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şıxlar
41°21′15″ şm. e. 46°46′41″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 245 nəf.
Xəritəni göstər/gizlə
Şıxlar xəritədə
Şıxlar
Şıxlar

ŞıxlarAzərbaycan Respublikasının Qax rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Kənd 1999-cu ildə yaradılmışdır.

Toponimikası

  • Şıxlar oyk., sadə.
  • Ağdam r-nunun Qərvənd i.ə.v.-də kənd. Qarabağ düzündədir;
  • Bakı şəhəri Qaradağ r-nunun Ələt qəsəbə i.ə.v.-də köçəbə;
  • Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqribən 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII-XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur;
  • Cəlilabad r-nunun Komanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir;
  • Goranboy r-nunun Xınalı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Qarağaclar olmuşdur;
  • Xaçmaz r-nunun Qımılqışlaq i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır;
  • Masallı r-nunun Qodman i.ə.v.-də kənd. Lənkəran ovalığındadır;
  • Sabirabad r-nu- nun Ulacalı i.ə.v.-də kənd. Muğan düzündədir. Kənddə Soltan Hacı Bəkdaşinin oğlu Baba Samitin türbəsi (1585-ci ildə tikilmiş və şeyxlərin ibadət yeri olmuşdur) var. Kənd bu türbə və onun ətrafındakı şeyx qəbirləri ilə əlaqədar olaraq belə adlandırılmışdır;
  • Şamaxı r-nunun Xilmilli i.ə.v.-də kənd. Çigilçay və Qozluçaym arasında, dağətəyi ərazidədir. Kənd Şirvan şeyxlərinə məxsus olduğuna görə belə adlandırılmışdır;
  • Yardımlı r-nunun Bərcan i.ə.v.-də kənd. Burovar silsiləsinin yamacındadır. Oykonimin əsli Şeyxlər olub, həmin kəndlərdəki xanəgah, pir, türbə, şeyxlərə məxsus tikililər, qəbirlər, sərdabalarla bağlıdır. Bu tipli coğrafi adlar “şeyxlərə məxsus”, “şeyxlər yaşayan yer”, “şeyxlərin nəsli”, “şeyxlərin dəfn olunduğu yer” və s. mənasmdadır. Keçən əsrdə Krımda Şeyxlər adlı yaşayış məntəqəsi qeydə alınmışdı.

Əhalisi

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 70 təsərrüfatda hər iki cinsdən toplam 253 nəfər əhali yaşayır.

Həmçinin bax

  • Qax rayonu
Üst