| Şıxseyid Kərimov | |
|---|---|
| 1971 – 1973 | |
| Əvvəlki | Sadıq Murtuzayev |
| Sonrakı | Nəzir Əhmədov |
| 1966 – 1971 | |
| Əvvəlki | Məmməd Orucov |
| Sonrakı | Sadıq Səlimov |
| 1960 – 1962 | |
| Əvvəlki | Allahverdi İsayev |
| Sonrakı | Əli Əliyev |
| 1953 – 1957 | |
| Əvvəlki | Sadıq Murtuzayev |
| Sonrakı | Nəzir Əhmədov |
| 1963 – 1974 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 4 oktyabr 1925 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 6 oktyabr 1995 (70 yaşında) |
| Fəaliyyəti | dövlət xadimi, aqronom, alim |
| Təltifləri | |
Şıxseyid Kərim oğlu Kərimov (4 oktyabr 1925, İsnov, Quba rayonu – 6 oktyabr 1995) — Azərbaycanlı dövlət xadimi, komsomol və partiya təşkilatçısı, Azərbaycan Kommunist Partiyası Quba, Daşkəsən, Cəlilabad və Abşeron rayon komitələrinin birinci katibi, Azərbaycan SSR-in Ali Soveti deputatı.
Həyatı
İlk illəri
Şıxseyid Kərimov 4 oktyabr 1925-ci ildə Quba rayonunun İsnov kəndində Bakıda neft buruqlarında fəhlə işləyən Kərim kişinin ailəsində doğulmuşdur. Orta təhsilini Zərqəva kənd orta məktəbində tamamlamış, erkən yaşlarında atasını itirdiyi üçün ağır maddi şəraitdə böyümüşdür.
1943-cü ildə könüllü olaraq orduya çağırılmış, 7 il sərhəd qoşunlarında xidmət etmişdir. 1947-ci ildə ordu sıralarında partiya sıralarına daxil olmuş, hərbi hissənin komsomol katibi vəzifəsinə seçilmişdir.
Siyasi fəaliyyəti
1950-ci ildə hərbi xidmətdən tərxis olunaraq Astaraxanbazar (indiki Cəlilabad) Rayon Komsomol Komitəsinin birinci katibi, sonra isə Xankəndidə Vilayət Komsomol Komitəsinin katibi vəzifələrində çalışmışdır. 1952–1953-cü illərdə Azərbaycan KP MK-nın komsomol orqanları bölməsinin müdiri olmuşdur.
O, Sov.İKP MK yanında Ali Partiya Məktəbini (Moskva) və S. Ağamalıoğlu adına Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (Gəncə) bitirmiş, alim-aqronom ixtisasına yiyələnmişdir. 1953–1957-ci illərdə Dəstəfur (indiki Daşkəsən) Rayon Partiya Komitəsinin birinci katibi, 1960–1962-ci illərdə Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi, 1962–1966-cı illərdə Azərbaycan KP MK-nın Kənd Təsərrüfatı şöbəsinin müdiri olmuşdur.
1966–1971-ci illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi olmuş, rayonda bağçılığın inkişafına, intensiv meyvəçiliyə, abadlıq-quruculuq işlərinə və sosial infrastrukturun yenilənməsinə böyük töhfələr vermişdir. 1971–1973-cü illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi olaraq sosial-iqtisadi həyatın canlanmasına rəhbərlik etmişdir.
Sonrakı illərdə Şıxseyid Kərimov Azərbaycan Təbiəti Mühafizə Komitəsi və Respublika Könüllü Balıqçılar və Ovçular Cəmiyyətində məsul vəzifələrdə çalışmışdır. VI, VII və VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, Sov.İKP-nin XXII və XXIV qurultaylarının nümayəndəsi seçilmişdir.
Xatirəsi
Şıxseyid Kərimovun adı Quba şəhərində küçəyə verilmişdir.
- 4 oktyabrda doğulanlar
- 1925-ci ildə doğulanlar
- Quba rayonunda doğulanlar
- 6 oktyabrda vəfat edənlər
- 1995-ci ildə vəfat edənlər
- 70 yaşında vəfat edənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Sosializm yarışı qalibi" döş nişanı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Kommunist Partiyası Quba Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Daşkəsən Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Cəlilabad Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Abşeron Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Sov.İKP-nin XXII qurultayının nümayəndələri
- Sov.İKP-nin XXIV qurultayının nümayəndələri