Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şəfiqə Əliyeva (1 dekabr 1930, Naxçıvan – 24 noyabr 2008, Bakı) — Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl q

Şəfiqə Əliyeva

Vikipediya, azad ensiklopediya
Şəfiqə Əliyeva
Şəfiqə Əlirza qızı Əliyeva
Doğum tarixi 1 dekabr 1930(1930-12-01)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 24 noyabr 2008(2008-11-24) (77 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Atası Əlirza Əliyev[d]
Təhsili
  • Naxçıvan Müəllimlər İnstitutu
Fəaliyyəti müəllimə
Üzvlüyü
  • Azərbaycan Jurnalistlər Birliyi
Mükafatları Azərbaycan Respublikasının əməkdar müəllimi "Qızıl qələm" mükafatı

Şəfiqə Əliyeva (1 dekabr 1930, Naxçıvan – 24 noyabr 2008, Bakı) — Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Heydər Əliyevin bacısı.

Həyatı

Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Sonra təhsilini Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun Kimya-biologiya fakültəsində davam etdirib.

Respublikanın Əməkdar müəllimi olan Şəfiqə Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin, "Canlı aləm haqqında əhvalatlar", "Kimyanın tədrisində şagirdlərin təlim əməyinə hazırlaşdırılmasının forma və metodları" adlı kitabların müəllifidir. O, anası İzzət Əliyevaya həsr olunmuş "Mənim anam", qardaşı, mərhum akademik Aqil Əliyev haqqında "Xatirəyə dönən illərin işığında" kitablarını da qələmə alıb.

Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, "Ziyalı" qəzetinin və "Elm və mədəniyyət" jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatına layiq görülüb.

Şəfiqə Əliyeva 24 noyabr 2008-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Şəcərəsi

  • Mirzə Əbdül
  • Mirzə Əli Alagöz
  • Məhəmməd Məşədi
  • Əli Kərbəlayı
  • Cəfər Əlirza

Ailəsi

Həsən Əliyev, Heydər Əliyev, Aqil Əliyev və Cəlal Əliyev, Rəfiqə Əliyevanın bacısıdır.

İlham Əliyev, Sevil Əliyevanın bibisidir.

Üst