| Kənd | |||
| Şəki | |||
|---|---|---|---|
| |||
| |||
| 39°33′51″ şm. e. 45°59′51″ ş. u.HGYO | |||
| Ölkə | | ||
| Region | Zəngəzur mahalı | ||
| Rayon | Sisyan rayonu | ||
| Tarixi və coğrafiyası | |||
| Sahəsi |
| ||
| Mərkəzin hündürlüyü | 1.710 m | ||
| Saat qurşağı | UTC+4 | ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəsmi dili | |||
![]() Şəki | |||
Şəki — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Tarixi
Rayon mərkəzindən 6 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir.
Toponim kimmerlərin tərkibində gələn sak əsasında əmələ gəlmişdir. Şəki sak // saka etnoniminin fonetik variantıdır. Albaniya dövründə Səhl ibn Sumbat Şəki hakimi deyə keçir .
Q. Qeybullayev saka türk etnoniminin həm də şaka formasında olduğu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
Kənddə 1831-ci ildə 148 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 657 nəfər, 1897-ci ildə 1191 nəfər, 1908-ci ildə 1605 nəfər, 1914 - cü ildə 1584 nəfər nəfər azərbaycanlı yaşamışdır.
1918-ci ilin avqust ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya, edilmişdir.
Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 282 nəfər, 12 erməni, 1926-cı ildə 385 nəfər azərbaycanlı, 407 nəfər erməni, 1931-ci ildə 557 nəfər azərbaycanlı, 510 nəfər erməni yaşamışdır.
1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. İndi burada təkcə ermənilər yaşayır.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Zəngəzur kəndləri

