Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şağan qalası — Şağan qəsəbəsində yerləşən XII-XIII əsrlərə aid Abşeron qalalarından biri. 1841-ci ildə baş vermiş güclü zəlzələnin nəticəsində qalanın çox hissə

Şağan qalası

40°29′51″ şm. e. 50°07′45″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şağan qalası
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Şağan
Aidiyyəti Şirvanşahlar dövləti
Tikilmə tarixi XII-XIII əsrlər
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Material kirəc daşı
Vəziyyəti xarabalıqları qalıb
UNESCO Ehtiyat Siyahısı
Rəsmi adı: The Caspian Shore Defensive Constructions
TipiMədəni
Təyin edilib2001
İstinad nöm.1573
DövlətAzərbaycan
RegionAvropa
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.94
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
40°29′51″ şm. e. 50°07′45″ ş. u.HGYO
Xəritə
Şağan qalası (Azərbaycan)
Nöqtə
Şağan qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şağan qalası — Şağan qəsəbəsində yerləşən XII-XIII əsrlərə aid Abşeron qalalarından biri. 1841-ci ildə baş vermiş güclü zəlzələnin nəticəsində qalanın çox hissəsi dağılıb. Hazırda yalnız bir bürcü salamatdır.

Qala Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

2001-ci ildə Şağan qalası digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.

Qalanın tarixi

Şağan qalası XII-XIII əsrlərdə tikilib. Abşerondakı digər qalalar kimi ağ daşdan tikilən qalanın hazırda 24 metr hündürlüyündəki bir bürcü salamat qalıb. Abidənin dağılmasına əsas səbəb kimi 1841-ci ildə baş vermiş güclü zəlzələ göstərilir. Bu zəlzələ nəticəsində Şağan qalasına yaxın yerləşən Maştağa qalası tamamilə dağılıb. Uzun müddət dağıntı halında qalda yalnız 2014-cü ildə bərpa-bərkitmə işləri görülüb. Təmir işləri zamanı qalanın iki daş hasarının bünövrələri və bir neçə quyu aşkar edilib. Şağan qalası da Abşeronun digər qalaları kimi yeraltı yollara sahibdir. Qalanın içərisində ilk baxışda quyunu xatırladan yeraltı yol vaxtilə Mərdəkan qalalarına aparıb. Qala qəsəbənin hündür yerində inşa edildiyi üçün üstündən dənizin sahilini və Mərdəkan qəsəbəsini müşahidə etmək mümkündür.

Təsvir

Donjonun qalıqları. Ən yuxarı hissədə maşikulilərin izləri müşahidə edilir

Qalanın düzbucaqlı donjonu mövcud olmuş və onun bəzi xarabalıqları günümüzə qədər gəlib çatmışdır. Donjon üç pillədən ibarət olub, maşikulilərinin izləri ilə öz bərpa həllini gözləyirdi. Ş.Fətullayev-Fiqarovun sözlərinə görə, qala divarlarının izləri son dövrə qədər qalanın ümumi konturunu müəyyən etməyə imkan vermişdi, lakin hazırda isə onlar yeni tikililərin altında məhv olmuşdur.

Həmçinin bax

  • Ramana qalası
  • Dairəvi Mərdəkan qalası
  • Dördkünc Mərdəkan qalası
Üst