Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şah Mənsur (fars. شجاع‌الدین شاه‌منصور‎) — sonuncu Müzəffəri hökmdarı, Şah Şücanın qardaşı II Şərafəddin Müzəffərin oğlu.

Şah Mənsur

Vikipediya, azad ensiklopediya
Şah Mənsur
Şücaəddin Şah Mənsur
fars. شجاعالدین شاهمنصور
Şah Mənsur. Hafiz Şirazinin "Divan"ından. Əsərin surəti 1796-cı ildə Molla Məhəmməd Qasim Həmədani tərəfindən köçürülmüşdür
Şah Mənsur. Hafiz Şirazinin "Divan"ından. Əsərin surəti 1796-cı ildə Molla Məhəmməd Qasim Həmədani tərəfindən köçürülmüşdür
VII Müzəffəri hökmdarı
1387 1393
ƏvvəlkiŞah Yəhya
SonrakıXanədan süqut etdi
Şəxsi məlumatlar
Doğum tarixi
1344[mənbə göstərilməlidir]
Vəfat tarixi
Vəfat yeri Şiraz yaxınlığı
Atası II Şərafəddin Müzəffər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şah Mənsur (fars. شجاعالدین شاهمنصور) — sonuncu Müzəffəri hökmdarı, Şah Şücanın qardaşı II Şərafəddin Müzəffərin oğlu.

Həyatı

Şah Şücanın oğlu Mücahiddin Zeynalabidinin hakimiyyətdə olduğu dövrdə Şuştər hakimi idi. Zeynalabidinin Əmir Teymurla münasibətlərinin pozulmasından sonra, o, Şuştərə Şah Mənsurun yanına getdi. Lakin burada Şah Mənsur tərəfindən həbs edildi.

Qüvvə toplayan Şah Mənsur, Müzəffəri taxtını ələ keçirmək üçün Şiraza doğru yürüşə başladı. Həmin dövrdə Əmir Teymur tərəfindən Müzəffəri taxtına əyləşdirilmiş qardaşı Şah Yəhya, Şah Mənsurun üzərinə gəlməsi xəbərini aldıqdan sonra paytaxtı tərk etdi. Beləliklə, 1387-ci ildə Şah Mənsur özünü Müzəfəri hökmdarı elan etdi.

Lakin Müzəffəri sülaləsinin digər üzvləri onun hakimiyyətini qəbul etmədilər və ona qarşı ittifaq yaratdılar. İmadəddin Əhməd, Şah Yəhya və Şuştərdə həbsdən qaçmağı bacaran Zeynalabidinin ittifaqı Şah Mənsur tərəfindən məğlubiyyətə uğradıldı. Zeynalabidin 1391-ci ildə Rey yaxınlığında ələ keçirildi və gözlərinə mil çəkilərək həbsə atıldı.

Daha sonra Şah Mənsur Şah Yəhyanın tabeliyindəki Əbərkuha doğru hərəkətə keçdi. Tərəflər arasında Şah Mənsurun Şah Yəhyanın əlindəki Yəzdə hücum etməyəcəyi təminatı ilə sülh müqaviləsi imzalandı.

Şah Mənsur 1393-cü ildə Şiraz yaxınlığında Əmir Teymur tərəfindən məğlub edildi və öldürüldü.

Üst