Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şamama Məmmədkərim qızı Ələsgərova (8 mart 1904, İrəvan – 2 aprel 1977, Bakı) — həkim, mama-ginekoloq, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Sosiali

Şamama Ələsgərova

Vikipediya, azad ensiklopediya
Şamama Ələsgərova
Şamama Məmmədkərim qızı Ələsgərova
Doğum tarixi 8 mart 1904(1904-03-08)
Doğum yeri
Vəfat tarixi 2 aprel 1977(1977-04-02) (73 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Fəxri Xiyaban
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Həyat yoldaşı Abdulla İbrahimov
Uşağı Sona İbrahimova
Atası Məmmədkərim Əliyev
Anası Zəhra xanım Süleymanbəyova
Fəaliyyəti ginekoloq
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1969
"Lenin" ordeni — 1969 "Şərəf nişanı" ordeni

Şamama Məmmədkərim qızı Ələsgərova (8 mart 1904, İrəvan2 aprel 1977, Bakı) — həkim, mama-ginekoloq, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Sosialist Əməyi Qəhrəmanı (1969). Uzun illər Krupskaya adına 5 nömrəli doğum evinin direktoru işləmişdir. Dövlət və elm xadimi Əziz Əliyevin bacısıdır.

Həyatı

Şamama Ələsgərova 1904-cü il martın 8-də İrəvanda anadan olmuşdur. Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu İrəvanın bəy nəslindən Zəhra xanım Süleymanbəyova ilə ailə qurmuş, cütlüyün bu evlilikdən beş övladı dünyaya gəlmişdi: Tərlan, Göyçək, Əziz, Şamama, Ziyad. Şamama ailənin 3-cü qız övladı idi. O, ilk təhsilini gimnaziyada almışdı. Daha sonra ali təhsil almaq üçün Azərbaycan Tibb İnstitutuna daxil olan Şamama xanım, 1941-ci ildə institutu bitirərək cəbhəyə yollanır.

Şamama Ələsgərova Abdulla İbrahimovla ailə həyatı qurmuş, cütlüyün 1925-ci ildə Sona adlı yeganə qız övladları dünyaya gəlmişdir.

Fəaliyyəti

Əmək fəaliyyətinə müharibə illərindən başlayan Şamama Ələsgərova Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisi olmuşdu. 1945-ci ildə Şamama xanım N. Krupskaya adına 5 nömrəli klinik doğum evinin (hal-hazırda Şamama Ələlsgərova adına 5 nömrəli doğum evi) baş həkimi təyin olunur və ömrünün sonuna kimi — 1977-ci il iyunun 2-nə kimi həmin vəzifəni yerinə yetirir.

Tədqiqat sahəsi

Onun tədqiqatları, əsasən, ana və uşaqların sağlamlığının qorunmasına, ginekoloji xəstəliklərin müalicə və profilaktikasına həsr olunmuşdur. Şamama Ələsgərova respublikamızda malyariya və helmintoz xəstəliklərinə qarşı mübarizə tədbirlərində fəal iştirak etmişdir

Mükafatları

Şamama xanım 1958-ci ildə Səhiyyə əlaçısı, 2 il sonra respublikanın əməkdar həkimi adına layiq görülür. 1969-cu il fevralın 5-də ona xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adı verilib. O respublikada bu ada layiq görülən ilk səhiyyə işçisi idi. Şamama xanım haqqında ozamankı dövri mətbutada "Pravda", "İzvestiya", "Komsomolskaya Prvada", "Bakı" və digər mərkəzi orqanlarda müntəzəm olaraq məqalələr dərc edilmişdir. Şamama xanım Azərbaycan SSR Ali Sovetinin doqquzuncu çağırış deputatı olmuşdur, "Şərəf nişanı" ordeni və medallarla tətlif edilmişdir.

Həmçinin bax

  • Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısı
  • Sosialist əməyi qəhrəmanlarının siyahısı (Ə)
Üst