Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şamaxı Ensiklopediyası — Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə hazırlanmış ensiklopediya. Ensiklopediya www.elkhan-suleymanov.az saytının lay

Şamaxı Ensiklopediyası

Vikipediya, azad ensiklopediya
Şamaxı Ensiklopediyası
Şamaxı Ensiklopediyasının logosu
Şamaxı Ensiklopediyasının logosu
Orijinalın nəşr ili 2015

Şamaxı Ensiklopediyası — Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə hazırlanmış ensiklopediya. Ensiklopediya www.elkhan-suleymanov.az saytının layihəsidir.

Haqqında

Ensiklopediya Şamaxının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından bəhs edir. Burada Azərbaycanın bu qədim diyarına həsr olunmuş oçerklərlə yanaşı, rayonun bütün inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr verilib. Şamaxı ensiklopediyasına bu bölgənin tarix boyu xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyətlərin – dövlət, ictimai və siyasi xadimlərin, sərkərdələrin, xalq, müharibə və əmək qəhrəmanlarının, alim və mütəfəkkirlərin, şair, yazıçı, memar, rəssam, musiqiçi, aktyor və digər sənət adamlarının həyat və fəaliyyətindən, yaradıcılığından bəhs edən tərcümeyi-halları daxil edilib.

Elmi redaksiya şurasının təsdiq etdiyi prinsiplər əsasında həmçinin, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş digər tanınmış şəxslər haqqında da məqalələr verilib.

Təqdimatı

2015-ci il may ayının 15-də Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində "Şamaxı ensiklopediyası" (www.shamakhi-encyclopedia.az) saytının təqdimatı olub. Tədbirdə rayon rəhbərliyi, alim və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

2015-ci il oktyabr ayının 26-da Şamaxı şəhərində "Şamaxı ensiklopediyası" kitabının təqdimatı keçirilib.

Yaradıcı heyəti

Ensiklopediyanın yaradıcı heyətinin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.

Seriyaları

  • Şamaxı ensiklopediyası [Mətn] /ideya müəl. və naşir E. Süleymanov ; baş red. F. Babayev. Bakı: [Şərq-Qərb], 2015. 430 s.

Həmçinin bax

Üst