| Şamil Vəliyev | |
|---|---|
| | |
| Doğum tarixi | fevral 1960 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 18 yanvar 2024 (63 yaşında) |
| Vəfat yeri |
|
| Elmi dərəcəsi |
|
| Elmi adı |
|
| İş yerləri |
|
| Təhsili |
|
| Mükafatları | |
Şamil Qiyas oğlu Vəliyev (fevral 1960, Yuxarı Körpülü, Noyemberyan rayonu – 18 yanvar 2024, Bakı) — professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, Jurnalistika fakültəsinin dekanı.
Həyatı
Vəliyev Şamil Qiyas oğlu 1960-cı ilin fevralında Loru mahalının Körpülü kəndində anadan olub. 1977–1981-ci illərdə ADPU Filologiya fakültəsində təhsil alıb.
1983–1985-ci illərdə Səməd Vurğun adına ev-muzeyinin əməkdaşı olmuş, burada elmi işçi vəzifəsində çalışmışdır.
1989-cu ildə "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri" mövzusunda filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyası müdafiə edib. 2003-cü ildə "Füyuzat" ədəbi məktəbi" mövzusunda filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə edib.
1985–2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.
2005-ci ildən BDU Jurnalistika fakültəsi, Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində çalışır. 2007-ci ildən Mətbuat tarixi kafedrasının professorudur.
20 aprel 2012-ci ildən Jurnalistika fakültəsinin dekanıdır.
Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə əlaqədar, ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Şamil Vəliyev milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə əməkdar jurnalist fəxri adına layiq görülüb.
BDU-nun Jurnalistika fakültəsi Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şamil Vəliyev İyulun 10-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 saylı sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–1920)" yubiley medalı ilə təltif edilmişdir.
2024-cü il yanvar ayının 18-də vəfat edib.
Seçilmiş əsərləri
- "Ə. Hüseynzadənin "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar". Azərb. SSR EA gənc alimlərinin "Böyük Oktyabr və müasirlik: ictimai elmlərin aktual problemləri" mövzusunda elmi konfransının materialları. B., 1987
- "Yaşıl qələm unudulmadı". Azərbaycan jurnalı. B.,1991, № 5
- "Əlibəy Hüseynzadənin dinə münasibəti". Cahan jurnalı. B,1997, № 2
- "Naməlum məktublar". Azərbaycan jurnalı. B, 1993, № 1–2
Kitabları
- "Füyuzat" ədəbi məktəbi. B.,1999
- "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri (1895–1917)". B., 2004
- 1960-cı ildə doğulanlar
- Noyemberyan rayonunda doğulanlar
- 18 yanvarda vəfat edənlər
- 2024-cü ildə vəfat edənlər
- 63 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Filologiya elmləri doktorları
- AMEA Ədəbiyyat İnstitutunun alimləri
- Bakı Dövlət Universitetinin müəllimləri
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Azərbaycan Respublikasının əməkdar jurnalistləri
- Əlifba sırasına görə alimlər
- Ana Vətən Partiyasının üzvləri (Azərbaycan)
- Azərbaycan alimləri
- Azərbaycanlı alimlər
- Azərbaycan ədəbiyyatşünasları
- Azərbaycanlı ədəbiyyatşünaslar
- Azərbaycan jurnalistləri
- Azərbaycanlı jurnalistlər
- Azərbaycan publisistləri
- Azərbaycanlı publisistlər