Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şengen zonası (ing. Schengen Area; fr. Espace Schengen) — Lüksemburqun Şengen kəndində 1985-ci ildə imzalanmış müqaviləyə əsasən 29 Avropa dövlətində daxili viz

Şengen zonası

Vikipediya, azad ensiklopediya
Şengen zonası
The Schengen Area
 Şengen zonası Açıq sərhəddi olan ölkələr Qoşulma ehtimalı olan ölkələr
DaxildirAvropa İttifaqı Avropa İttifaqı
NövüAçıq sərhəd siyasəti
Yaradılıb26 mart 1995
Üzv dövlətlər29 ölkə
Almaniya Almaniya
Avstriya Avstriya
Belçika Belçika
Bolqarıstan Bolqarıstan
Çexiya Çexiya
Danimarka Danimarka
Estoniya Estoniya
Finlandiya Finlandiya
Fransa Fransa
Niderland Niderland
İspaniya İspaniya
İsveç İsveç
İsveçrə İsveçrə
İtaliya İtaliya
İslandiya İslandiya
Latviya Latviya
Lixtenşteyn Lixtenşteyn
Litva Litva
Lüksemburq Lüksemburq
Macarıstan Macarıstan
Malta Malta
Norveç Norveç
Polşa Polşa
Portuqaliya Portuqaliya
Rumıniya Rumıniya
Slovakiya Slovakiya
Sloveniya Sloveniya
Xorvatiya Xorvatiya
Yunanıstan Yunanıstan
Ərazi4,595,191 km2 (1,774,213 kv. mil)
Əhali453,324,255

Şengen zonası (ing. Schengen Area; fr. Espace Schengen) — Lüksemburqun Şengen kəndində 1985-ci ildə imzalanmış müqaviləyə əsasən 29 Avropa dövlətində daxili vizasız hərəkəti təmin edən şərti ərazi. Şengen zonası daxilində hərəkət edənlər üçün sərhəd yoxlanışı tələb olunmur və səyahətçilər vahid ölkə prinsipi ilə hərəkət edərək 29 Avropa ölkəsinə sərbəst şəkildə hərəkət edə bilirlər.

I Şengen müqaviləsi 1985-ci ilin 14 iyun tarixində beş Avropa ölkəsi arasında imzalanmışdır. Müqaviləni Fransa, Qərbi Almaniya ilə yanaşı Benilüks ölkələri olan Belçika, Hollandiya və Luksemburq imzalanmışdır. 1990-cı ilin 19 iyun tarixində Şengen Müqaviləsinin Tətbiq Konvensiyasının imzalanması ilə razılaşma qüvvəyə minmişdir. Müqavilə Lüksemburq, Fransa və Almaniyanın sərhədlərinin kəsişdiyi yer olan Lüksemburqun Şengen şəhərində imzalandığına görə həmin şəhərin adına adlandırılmışdır.

İkinci müqavilə isə Mos çayının ortasındakı Kraliça Mari-Astrid adlı gəmidə imzalanmışdır. Müqavilənin qüvvəyə minməsi 1995-ci ilin 26 mart tarixinə qədər uzanmış və bu müddət ərzində Portuqaliya və İspaniya da Şengen zonasına qoşulmuşdur. Monako, Norveç və İslandiya Avropa İttifaqının üzvü olmamaqlarına baxmayaraq Şengen zonasına daxil edilmişdir. Eyni zamanda İsveçrə 2008-ci ilin dekabr ayında Şengen müqaviləsi sahəsinə qəbul edilmişdir.

Lixtenşteynin Şengen zonasına daxil olması bir neçə dəfə təxirə salınmışdır. Ölkə 2008-ci ilin 28 fevral tarixində Avropa İttifaqı ilə Şengen razılığı əldə etmiş və 2009-cu ilin 1 noyabr tarixində Şengen zonasına daxil olması razılaşdırılmışdır. Lixtenşteynin daxili vergi nizamlanmasında problemlərinin olduğunu əsas gətirərək Almaniya və İsveç ölkənin şengen zonasına daxil olması tələbini müvəqqəti dondurmuşdur. 2011-ci ilin 7 mart tarixində Avropa İttifaqı Nazirlər Şurasının qərarı ilə Lixtenşteynin Şengen zonasına daxil olması yolu açılmışdır. 2011-ci ilin 19 dekabr tarixində ölkə rəsmən Şengen zonasının üzvü seçilmişdir.

Şengen müqaviləsi əsasında yaradılan Şengen zonası hal-hazırda 29 Avropa ölkəsində qüvvədədir və təqribən 4.595.131 kvadrat kilometr ərazini əhatə edir.

Şengen ölkələri

Ölkə Ərazi
(km²)
Əhali İmzalayıb İlk həyata keçirilmə tarixi
Avstriya Avstriya 83.871 8.922.082 28 aprel 1995 1 dekabr 1997
Belçika Belçika 30.528 11.611.419 14 iyun 1985 26 mart 1995
Bolqarıstan Bolqarıstan 110.994 6.885.868 25 aprel 2005 31 mart 2024
Xorvatiya Xorvatiya 56.594 4.060.135 9 dekabr 2011 1 yanvar 2023
Çexiya Çexiya 78.866 10.510.751 16 aprel 2003 21 dekabr 2007
Danimarka Danimarka
       
43.094 5.854.240 19 dekabr 1996 25 mart 2001
Estoniya Estoniya 45.338 1.328.701 16 aprel 2003 21 dekabr 2007
Finlandiya Finlandiya 338.145 5.535.992 19 dekabr 1996 25 mart 2001
Fransa Fransa
       
551.695 64.531.444 14 iyun 1985 26 mart 1995
Almaniya Almaniya 357.050 83.408.544 14 iyun 1985 26 mart 1995
Yunanıstan Yunanıstan 131.990 10.445.365 6 noyabr 1992 1 yanvar 2000
Macarıstan Macarıstan 93.030 9.709.786 16 aprel 2003 21 dekabr 2007
İslandiya İslandiya 103.000 370.335 19 dekabr 1996
18 may 1999
25 mart 2001
İtaliya İtaliya 301.318 59.240.329 27 noyabr 1990 26 oktyabr 1997
Latviya Latviya 64.589 1.873.919 16 aprel 2003 21 dekabr 2007
Lixtenşteyn Lixtenşteyn 160 39.039 28 fevral 2008 19 dekabr 2011
Litva Litva 65.300 2.786.651 16 aprel 2003 21 dekabr 2007
Lüksemburq Lüksemburq 2.586 639.321 14 iyun 1985 26 mart 1995
Malta Malta 316 526.748 16 aprel 2003 21 dekabr 2007
Niderland Niderland
       
41.526 17.501.696 14 iyun 1985 26 mart 1995
Norveç Norveç
       (Svalbard daxil deyil)
385.155 5.403.021 19 dekabr 1996
18 may 1999
25 mart 2001
Polşa Polşa 312.683 38.307.726 16 aprel 2003 21 dekabr 2007
Portuqaliya Portuqaliya 92.391 10.290.103 25 iyun 1991 26 mart 1995
Rumıniya Rumıniya 238.391

19.328.560

25 aprel 2005 31 mart 2024
Slovakiya Slovakiya 49.037 5.447.622 16 aprel 2003 21 dekabr 2007
Sloveniya Sloveniya 20.273 2.119.410 16 aprel 2003 21 dekabr 2007
İspaniya İspaniya
       
510.000 47.486.935 25 iyun 1991 26 mart 1995
İsveç İsveç 449.964 10.467.097 19 dekabr 1996 25 mart 2001
İsveçrə İsveçrə 41.285 8.691.406 26 oktyabr 2004 12 dekabr 2008
Avropa İttifaqı Avropa İttifaqı 4.595.131 453.234.255 14 iyun 1985 26 mart 1995
Ölkə Ərazi Əhali
Monako Monako 2 36.686
San-Marino San-Marino 61 33.745
Vatikan Vatikan 0,44 511

Qeydlər

  1. For air and sea borders, date for land is to be determined
  2. For land and sea borders, 26 March 2023 for airports
Üst