| Şikar Aslanov | |
|---|---|
| Şikar Davud oğlu Aslanov | |
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 10 iyul 1970 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 2 iyul 1992 (21 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | həlak olub |
| Dəfn yeri | |
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü | Azərbaycan Respublikasının Daxili Qoşunları |
| Rütbəsi | |
| Döyüşlər |
|
| Təltifləri | |
Aslanov Şikar Davud oğlu (10 iyul 1970, Süleymanlı, Cəbrayıl rayonu – 2 iyul 1992, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Şikar Aslanov 10 iyun 1970-ci ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. 1987-ci ildə orta təhsilini bitirdikdən sonra, 1988–1990-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. Xidmətini tamamladıqdan sonra Azərbaycana qayıdaraq Daxili İşlər Nazirliyinin Post-Patrul Xidmətinə qəbul olunmuşdur.
Döyüş yolu
Ermənistanın hərbi təcavüzü (Birinci Qarabağ müharibəsi) başladıqdan sonra Şikar Aslanov könüllü olaraq cəbhəyə yollanmışdır. O, 1992-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edərək düşmənin bir neçə strateji atəş nöqtəsinin məhv edilməsində fərqlənmişdir.
2 iyul 1992-ci ildə döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin açdığı atəş nəticəsində ağır yaralanmışdır. Hospitala çatdırılsa da, həkimlərin səyinə baxmayaraq həyatını itirmişdir.
Subay idi. Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.
Təltifləri
- Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Xatirəsi
- Oxuduğu Süleymanlı kənd orta məktəbi hazırda onun adını daşıyır.
- 2019 cu ildə qobu park yaşayış kompleksində onun adına fitness kompleksi sakinlərin istifadəsinə verildi.
Həmçinin bax
- Vüqar Əsgərovun "Azərbaycanın Milli Qəhrəmanları" kitabı (Yenidən işlənmiş II nəşr, Bakı: "Dərələyəz-M", 2010, səh. 39).
- 10 iyulda doğulanlar
- 1970-ci ildə doğulanlar
- Cəbrayıl rayonunda doğulanlar
- 2 iyulda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- 21 yaşında vəfat edənlər
- Xocavənd rayonunda vəfat edənlər
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları