| Şirin Xəlilov | |
|---|---|
| 25 dekabr 2003 – 19 dekabr 2017 | |
| Sonrakı | Tofiq Hüseynov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1955 (70–71 yaş) |
| Doğum yeri |
|
| Hərbi xidmət | |
| Mənsubiyyəti | |
| Qoşun növü | |
| Rütbəsi | General-mayor |
Şirin Heydər oğlu Xəlilov (1955, Didivar, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının birinci müavini — Qərargah rəisi (2003–2017), general-mayor (2005).
Həyatı
Şirin Heydər oğlu Xəlilov 1955-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikası Babək rayonunun Didivar kəndində anadan olmuşdur. 1973–1975-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1975–1979-cu illərdə SSRİ DİN-in Orconikidze Ali Hərbi Komandanlıq Məktəbində təhsil almışdır.
1979–1991-ci illərdə SSRİ DİN-in Daxili Qoşunlarında taqım komandiri, bölük komandirinin tərbiyə işləri üzrə müavini, bölük komandiri, tabor komandirinin müavini-qərargah rəisi, əməliyyat şöbəsi rəisinin baş köməkçisi vəzifələrində xidmət etmişdir. 1991-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in sərəncamına göndərilmişdir.
1991–1995-ci illərdə Azərbaycan Respublikası DİN-in xüsusi təyinatlı milis dəstəsində bölük komandirinin müavini, Naxçıvan Muxtar Respublikası DİN-in qərargahının əməliyyat bölməsində baş inspektor, kadrlarla peşə hazırlığı üzrə inspektor, katibliyin rəisi vəzifələrində işləmişdir. 1995-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir.
1995–2003-cü illərdə DİN-in Daxili Qoşunlarında Baş İdarənin əməliyyat şöbəsində baş zabit, hərbi hissə (briqada) komandirinin müavini – qərargah rəisi, Baş İdarənin döyüş hazırlığı şöbəsində xüsusi təyinatlı bölmələrin hazırlığı üzrə baş zabit, hərbi hissə (alay) komandiri vəzifələrində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2003-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının birinci müavini — Qərargah rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci ildə ona general-mayor hərbi rütbəsi verilmişdir. 22 oktyabr 2013-cü ildən 15 noyabr 2013-cü ilədək Daxili Qoşunların komandanı vəzifəsini müvəqqəti icra etmişdir.
19 dekabr 2017-ci ildə vəzifəsindən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun, 2008-ci il 11 mart və 2013-cü il 12 mart tarixli Sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.
Ailəlidir, bir övladı var.
- 1955-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Babək rayonunda doğulanlar
- Azərbaycan Silahlı Qüvvələrinin general-mayorları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan generalları
- Azərbaycanlı generallar
- Azərbaycan Daxili Qoşunlarının komandanları