Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbdülqədir Əfəndi (1514, İstanbul – 18 aprel 1594, İstanbul) — Osmanlı müdərrisi, qazı və şeyxülislamı.

Əbdülqədir Əfəndi

Vikipediya, azad ensiklopediya
Əbdülqədir Şeyxi Əfəndi
türk. Abdülkadir Şeyhi Efendi
ƏvvəlkiÇivizadə Hacı Mehmed Əfəndi
SonrakıBostanzadə Mehmed Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (79–80 yaşında)
Vəfat yeri

Əbdülqədir Əfəndi (1514, İstanbul – 18 aprel 1594, İstanbul) — Osmanlı müdərrisi, qazı və şeyxülislamı.

Həyatı

1514-cü ildə İstanbulda dünyaya gəlmişdir. Yavuz Sultan Səlim dövrünün Rumeli başqazılarından Müəyyədzadə Əbdürrəhman Əfəndinin qardaşı Şeyx Hacı Əfəndinin oğludur. Bu səbəblə Şeyxi təxəllüsü ilə tanınır. İlk təhsilini aldıqdan sonra dayısı və qaynatası olan Əbussüud Əfəndinin müridi oldu və ondan mədrəsə təhsili aldı. Müdərrisliyə isə Gəliboludakı Saruca Paşa və Bursadakı İldırım mədrəsələrində başladı. Daha sonra 1551–1562-ci illərdə Çorluda Əhməd Paşa, İstanbulda Hasəki, Sahn-ı səman, Ayasofya və Süleymaniyə mədrəsələrində müdərris, ardından Dəməşq, Misir, Bursa və İstanbulda qazı olaraq xidmət göstərdi. 1570-ci ildə Anadolu, 1571-ci ildə Rumeli başqazısı oldu. 1573-cü ildə bu vəzifədən öz istəyilə ayrıldı və 1583-cü ildə Süleymaniyə darülhədisinə müdərris oldu. 8 may 1587-ci ildə Çivizadə Mehmed Əfəndinin ölümü ilə şeyxülislamlığa gətirildi. Şeyxülislamlığı dövründə davam edən maliyyə problemləri səbəbilə baş verən Bəylərbəyi hadisəsində ayaqlanan sipahilərə istədikləri fətvaları verməklə hadisələrin gedişində önəmli rol oynadı. Hadisələrin yatırılmasının ardından başda sədrəzəm Siyavuş Paşa olmaqla, bəzi dövlət adamları ilə birlikdə Əbdülqədir Əfəndi də 2 iyun 1589-cu ildə vəzifədən alındı və 250 axca maaşla təqaüdə ayrıldı. Bundan sonrakı həyatı bilinmir. 18 aprel 1594 tarixində vəfat etdi və cənazəsi Əyyubsultanda öz inşa etdirdiyi məscidin həyətinə dəfn edildi.

Üst