Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbdürrəhman Tağı (türk. Abdurrahman Taki; 1897, Bakı – 4 noyabr 1983, İstanbul) — Hacı Zeynalabdin Tağıyevin oğul nəvəsidir.

Əbdürrəhman Tağıyev

Vikipediya, azad ensiklopediya
Əbdürrəhman Tağı
Əbdürrəhman İsmayıl oğlu Tağıyev
Doğum tarixi 1897(1897)
Doğum yeri
Vəfat tarixi 4 noyabr 1983(1983-11-04) (85–86 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Dəfn yeri
  • Ədirnəqapı Şəhidliyi
Atası İsmayıl Tağıyev
Fəaliyyəti inşaat mühəndisi[d]

Əbdürrəhman Tağı (türk. Abdurrahman Taki; 1897, Bakı4 noyabr 1983, İstanbul) — Hacı Zeynalabdin Tağıyevin oğul nəvəsidir.

Həyatı

Əbdürrəhman Tağıyev 1897-ci ildə Bakı şəhərində doğulmuşdu. Bakı gimnaziyasını bitirmişdi.

1920-1925-ci illərdə İstanbul Dəmiryol İnstitunun inşaat fakültəsində oxuyub.

“Türkiye Mühendislik Haberleri” jurnalının 1 yanvar 1967-ci il tarixli sayında yazdığı tərcümeyi-hala görə, 1926-cı ildə İstanbul Texniki Universitetinin İnşaat fakültəsini bitirib. 1928-ci ilə qədər yol inşaatında tikinti şefi, Dövlət Dəmiryollarında mühəndis, 1928-1930-cu illərdə Kayseri-Sivas dəmiryolu çəkilişində inşaat müdiri, 1930-1943-cü illərdə Dövlət Dəmiryollarında yol müfəttişi, yol baş müfəttişi, Eskişehir yol atelyesi müdiri, Ankarada dəmir körpülər fənn heyəti müdiri vəzifələrində çalışıb.

1943-1947-ci illərdə Çürek, Divrik, Ərzincan və Karabükdə müxtəlif yol, körpü, stansiya inşaatlarında baş mühəndis olaraq işləyib. 1947-ci ildən 1952-ci ilə qədər əmək fəaliyyətini İstanbul Bələdiyyəsində davam etdirərk Eyüp bölgəsinin tikinti planını hazırlayıb. 1952-ci ildən etibarən 10 il Yıldız Teknik Universitetində dəmir yolları və torpaq işləri üzrə dərs deyib. Yaş səbəbiylə universitetdən işdən çıxdıqdan sonra İstanbul Liman İnşaatı bölgə müdirliyində kontrol mühəndisi, “Simel Limited İnşaat” şirkətində baş mühəndis vəzifəsində çalışıb.

Türkiyə İnşaat Mühəndisləri Birliyinin üzvü olub.

1983-cü il noyabrın 4-də İstanbulda vəfat edib, Ədirnəqapı məzarlığında dəfn olunub.

Şəxsi həyatı

Hacı Zeynalabdin Tağıyevin nəvəsidir.

Faika Onat (1903–1994) adlı xanımla evlənib, Suna (1932–2011) adlı qızları olub. Suna xanım professor Mehmed Nimet Özdaşla (1921–17.06.2014) ailə qurub. Özdaş hərbçilərin hakimiyyətdə olduğu dövrdə nazir (1983–1986) olub. Orxan və Mehmed adlı iki övladı var.

Üst