| Ədalət Ziyadxanov | |
|---|---|
| "Ac həriflər" televiziya tamaşasından səhnə. Ədalət Ziyadxanov mirzə rolunda | |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR |
| Vəfat tarixi | |
| Fəaliyyəti | Rejissor Aktyor |
| IMDb | ID2932374 |
Ədalət Ziyadxanov (23 fevral 1946 – 12 sentyabr 2018) — rejissor, aktyor.
Həyatı
Ədalət Ziyadxanov 1946-cı ildə Bakıda — Kubinka da anadan olub. Uşaqlıqdan sənətə meyil edib. Bakı Bələdiyyə Teatrının rejissorudur. Əvvəllər Şəki teatrında rejissor, Ağdam teatrında baş rejissor işləyib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Sənətşünaslıq fakültəsində "ədəbi yaradıcılıq" ixtisası üzrə dərs deyir. Ziyadxanovun səhnələşdirdiyi Aqşin Babayevin "Oğul" əsəri "Dərviş" mükafatına layiq görülüb. Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır.
12 sentyabr 2018-ci ildə vəfat etmişdir.
Filmoqrafiya
- Mehmanxana sahibəsi (film, 1978)
- Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (AzTV) — rol: mirzə
- Hacı Qara (film, 2002)
- Absurdistan (film, 2008) (tammetrajlı bədii film) — rol: polis nəfəri
- 23 fevralda doğulanlar
- 1946-cı ildə doğulanlar
- 72 yaşında vəfat edənlər
- 12 sentyabrda vəfat edənlər
- 2018-ci ildə vəfat edənlər
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan rejissorları
- Azərbaycan aktyorları
- XXI əsr Azərbaycan aktyorları