| Ədibin evi | |
|---|---|
| | |
| Ölkə |
|
| Yerləşir | Bakı |
| Tikilmə tarixi | 2017 |
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı | |
| İstinad nöm. | 2399 |
| 40°21′52″ şm. e. 49°49′57″ ş. u.HGYO | |
![]() | |
Ədibin evi və ya Mir Cəlal Paşayevin ev muzeyi — Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin Bakıda, İçərişəhərdə yerləşən ev-muzeyi.
Muzey 2017-ci il aprelin 27-də Mir Cəlal Paşayevin yaşadığı İçərişəhərdəki binada açılıb. Yazıçı bu evdə 1920–1940-cı illərdə yaşayıb. Paşayevin 109 illik yubileyi münasibətilə yazıçının ailəsi evi təmir etdirib. Məhz bu evdə yazıçı "Bir gəncin manifesti", "Dirilən adam", "Füzuli sənətkarlığı" elmi əsərini və bəzi satirik hekayələrini yazıb. Muzeydə yazıçının fotolarından ibarət sərgi, eləcə də onun kitabları nümayiş etdirilir.
Kateqoriyalar:
- Əlifba sırasına görə tarixi abidələr
- Azərbaycandakı ev-muzeylər
- Kiçik Qala küçəsi
- Mir Cəlal Paşayev
