Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əflatun Əhməd oğlu Amaşov (26 aprel 1957, Faxralı, Bolnisi rayonu) — jurnalist və publisist, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Mətbuat Ş

Əflatun Amaşov

  • Ana Səhifə
  • Əflatun Amaşov

Əflatun Əhməd oğlu Amaşov (26 aprel 1957, Faxralı, Bolnisi rayonu) — jurnalist və publisist, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurasının Sədri (2003–2022), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, "RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri. "Xalq qəzeti"nin baş redaktoru.

Əflatun Amaşov
"Xalq qəzeti"nin baş redaktoru
Vəzifədədir
23 sentaybr 2022-ci ildən
ƏvvəlkiHəsən Həsənov
Azərbaycan Mətbuat Şurasının sədri
15 mart 2003 – 24 sentyabr 2022
Əvvəlkivəzifə təsis edilib
SonrakıRəşad Məcid
Azərbaycan Respublikasının Milli Məclisinin V çağırış deputatı
1 noyabr 2015 – 10 mart 2020
Seçki dairəsi62 saylı Saatlı
ƏvvəlkiCəlal Əliyev
SonrakıƏziz Ələkbərli
Azərbaycan Dövlət Teleqraf Agentliyi sədrinin birinci müavini
1992 – 1994
Şəxsi məlumatlar
Doğum tarixi 26 aprel 1957(1957-04-26) (68 yaş)
Doğum yeri
  • Faxralı, Bolnisi rayonu, Gürcüstan SSR, SSRİ
Təhsili
  • BDU Filologiya fakültəsi,
  • Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsi[d]
Fəaliyyəti jurnalist, siyasətçi
Dini İslam

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20102010
"Şöhrət" ordeni — 20172017 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20152015 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Fəxri mədəniyyət işçisi" döş nişanı — 20172017Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib.

1976–1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib.

1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

Fəaliyyəti

Azərbaycanda Fransız İnstitutunda keçirilmiş "Le Carrefour" qəzetinin təqdimatında, 5 aprel 2017-ci il

Jurnalistika fəaliyyəti

1985–1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.

İctimai-siyasi fəaliyyəti

1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olmuş, 1995–1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutmuşdur.

1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib.

2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

Ailəlidir, bir övladı var.

Mükafatları

  • Azərbaycan "Əməkdar jurnalist" fəxri adı — 22.07.2010
  • Azərbaycan 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 15.07.2015
  • Azərbaycan "Şöhrət" ordeni — 25.04.2017
  • Azərbaycan "Fəxri mədəniyyət işçisi" döş nişanı — 25.04.2017 (Mədəniyyət və Turizm Nazirliyi tərəfindən)
  • Azərbaycan Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

Üzvlükləri

  • Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Ramazan bayramı

  • Mart 28, 2026

    Herakl

  • Aprel 06, 2026

    I Qubad

  • Mart 27, 2026

    Süni intellekt

  • Aprel 03, 2026

    Nəqliyyat kodu

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst