Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kərimov Əflatun Xudkar oğlu 23 noyabr 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1960–1966-cı illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda o

Əflatun Kərimov

Vikipediya, azad ensiklopediya
Əflatun Kərimov
Doğum tarixi 23 noyabr 1941(1941-11-23) (84 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elm sahəsi tibb
Elmi dərəcəsi
  • tibb elmləri doktoru
Elmi adı
  • professor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2015

Əflatun Xudkar oğlu Kərimov (23 noyabr 1941, Bakı) — tibb elmləri doktoru, professor.

Həyatı

Kərimov Əflatun Xudkar oğlu 23 noyabr 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1960–1966-cı illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub.

1968–1971-ci illərdə Aspiranturaya, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Döş qəfəsi cərrahiyyəsi kafedrasında oxuyub. 1983–1987-ci illərdə isə Sankt-Peterburq Həkimləri Təkmilləşdirilməsi İnstitutunda doktorluq oxuyub.

1988-ci ildən onkologiya kafedrasında işləyir. Onkologiya kafedrasının professoru, tibb elmləri doktorudur.

1971-ci ildə "Бронхологические методы исследования при различных заболеваниях легких" namizədlik dissertasiyasını, 1989-cu ildə isə "Аспергиллез легких" doktorluq dissertasiyasını müdafiə etmişdir. Kafedranın elmi istiqaməti – süd vəzisinin xərçəngi – klinikası, diaqnostikası, cərrahi müalicəsi və mədə-bağırsaq xərçənginin – klinikası, diaqnostikası, cərrahi müalicəsi. O, 235 elmi əsərlərin və 22 metodik tövsiyələrin müəllifidir.

2015-ci il 19 dekabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adı ilə təltif olunub.

Görkəmli cərrah, tibb elmləri doktoru, professor Bəybala Abbasovun qardaşıdır.

Üst