Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əhməd Nami (1873, Beyrut – 13 dekabr 1962, Beyrut) — Osmanlı imperiyasının yüksəkrütbəli şəxslərindən biri, Suriya dövlət xadimi, Suriyanın ikinci prezidenti və

Əhməd Nami

Vikipediya, azad ensiklopediya
Əhməd Nami
ərəb. احمد نامي‎
Şəxsi məlumatlar
Doğum tarixi 1873(1873)
Doğum yeri
  • Beyrut, Beyrut mühafəzəsi[d], Livan
Vəfat tarixi 13 dekabr 1962(1962-12-13) (88–89 yaşında)
Vəfat yeri
  • Beyrut, Beyrut mühafəzəsi[d], Livan
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
  • Ayşə Sultan (1910–1921)
Dini sünnilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Nami (1873, Beyrut – 13 dekabr 1962, Beyrut) — Osmanlı imperiyasının yüksəkrütbəli şəxslərindən biri, Suriya dövlət xadimi, Suriyanın ikinci prezidenti və beşinci baş naziri, həmçinin tarixçi.

Həyatı

Əhməd Nami 1873-cü ildə Osmanlı imperiyasının Beyrut şəhərində nüfuzlu bir ailədə anadan olmuşdur. Nami ilk təhsilini Osmanlı Hərbi Akademiyasında almış, daha sonra Parisdə hərbi təlim keçmişdir. 1910-cu ildə Sultan II Əbdülhəmidin qızı Aişə Sultanla evlənərək "Damat" (sarayın kürəkəni) titulunu almışdır. Lakin 1909-cu ildə sultan II Əbdülhəmidin taxtdan endirilməsi ilə ailəsi ilə birlikdə Fransaya sürgün edilmişdir. 1918-ci ildə Beyruta qayıdaraq ailə işlərini idarə etməyə başlamışdır.

Karyerası

1926-cı il aprelin 28-də Fransa Yaxın Şərq Ali Komissarı Henri de Jouvenel tərəfindən Suriya dövlətinin başçısı təyin edilmişdir. Bu vəzifədə 1928-ci il fevralın 15-dək çalışmışdır. Onun rəhbərliyi dövründə üç hökumət qurulmuş, bu hökumətlər ölkənin birliyi, konstitusiyanın qəbul edilməsi və 1925–1927-ci illərdə baş vermiş Böyük Suriya Üsyanında iştirak edənlər üçün ümumi amnistiya kimi milli tələbləri irəli sürmüşdür. Lakin Fransa hakimiyyəti onun bu təşəbbüslərini dəstəkləməmiş və nəticədə 1928-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılmışdır.

Şəxsi həyatı

Ayşə Sultanla evliliyindən iki oğlu və bir qızı olmuşdur:

  • Sultanzadə Ömər Nami bəy (1911–1993): İki dəfə evlənmiş və bir qızı olmuşdur.
  • Aliyə Namiye Hanımsultan (1913): Doğulduqdan qısa müddət sonra vəfat etmişdir.
  • Sultanzadə Osman Nami bəy (1918–2010): İki dəfə evlənmiş və beş qızı olmuşdur.

Mövzu ilə bağlı nəşrlər

Üst