| Əhmədbəyli | |
|---|---|
| 39°33′46″ şm. e. 47°33′04″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Füzuli rayonu |
| Bələdiyyə | Əhmədbəyli bələdiyyəsi |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ1920 |
| Nəqliyyat kodu | 19 |
![]() Əhmədbəyli | |
Əhmədbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədbəyli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
1823-cü il tarixli "Qarabağ vilayətinin təsviri" ("Описание Карабагской провинции") adlı mənbədə Xırdapara-Dizak (mənbədə "Хурдапара-Дизах") mahalının müsəlmanların (mənbədə — tatarların) yaşadığı Əhmədbəyli (mənbədə "Ахматбеглы") kəndində 2 tüstünün olduğu göstərilib.
"1886-cı il tarixli ailə siyahılarından çıxarış edilmiş Zaqafqaziye diyarının əhalisi haqqında statistik məlumatlar icmalı"na əsasən Yelizavetpol quberniyasının Cəbrayıl mahalının Qarakel kənd dairəsinin (mənbədə: "Каракеллинского сельского округа") Əhmədbəyli (mənbədə: "Ахмедбеклу ") kəndində 4 tüstü var imiş və burada şiyə mənsəbinə mənsub 20 azərbaycanlı (mənbədə: tatar) yaşayır, bütün şəxslər bəy ailələrinə mənsub imiş.
1915-ci il tarixli "Qafqaz təqvimi"nə əsasən Karyagin mahalının Əhmədbəyli (mənbədə: "Ахмедбеклу") kəndində 42 nəfərin, əsasən azərbaycanlıların (mənbədə: "tatarlar") yaşadığı göstərilmişdir.
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1994-cü il yanvar ayında Azərbaycan ordusunun həyata keçirdiyi Horadiz əməliyyatı nəticəsində işğaldan azad olunmuş, sonra Əhmədbəyli kəndində yenidən kənd məktəbi tikilmiş, general Məhəmməd Əsədovun adı verilmişdir.
1999-cu ildə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunla Əhmədbəyli və İkinci Mahmudlu kəndlərini əhatə edən Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsi təşkil edilib.
2013-cü ildə kənd qazlaşdırılmışdır. Sonralar Adliyyə Nazirliyinin Füzuli Qeydiyyat İdarəsi və Füzuli notariat ofisi Əhmədbəylidə yerləşdirilmişdir.
İkinci Qarabağ müharibəsi gedişatında "Azərenerji" ASC tərəfindən işğaldan azad olnan Füzuli, Xocavənd və Cəbrayıl ərazilərinə elektrik enerjisi Əhmədbəyli qovşağından çəkilmişdir.
17.11.2020-ci il tarixli 2297 nömrəli Sərəncama əsasən "Zəfər yolu" kimi tanınan, uzunluğu 101.5 km, eni 37.7 metr olan Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisinə başladığı elan edilmişdir.
Toponimikası
Köndələnçayın (Araz çayının qolu) sol sahilində, düzənlikdədir. Kənd Əhməd adlı bəyin adı ilə adlandırılmışdır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax
- Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsi
- Füzuli rayonu
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Füzuli rayonu qaralamaları
- Füzuli rayonunun kəndləri
