| Əkrəm Abdullayev | |
|---|---|
| 2005 – 2010 | |
| Seçki dairəsi | 2005 — 59 saylı Salyan |
| Əvvəlki | Vəzifə təsis edildi. |
| Sonrakı | Əliağa Hüseynov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 23 iyun 1975 (51 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
Əkrəm Kamal oğlu Abdullayev (23 iyun 1975, Salyan) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.
Həyatı
Əkrəm Abdullayev 1975-ci il iyunun 23-də Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1996–2005-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində təlimatçı, baş təlimatçı, sektor müdiri və şöbə rəisi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, 2 övladı var.
Siyasi fəaliyyəti
2005-ci il noyabrın 6-da 59 saylı Salyan birinci seçki dairəsindən deputat seçilmişdir.
Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Qətər, Azərbaycan-Özbəkistan, Azərbaycan-Tacikistan, Azərbaycan-Tailand, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.
- 23 iyunda doğulanlar
- 1975-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Salyanda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin III çağırış deputatları