Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələkbər Məhəmməd oğlu Cahangirov — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələr komandanı (2024-cü ildən), ge

Ələkbər Cahangirov

  • Ana Səhifə
  • Ələkbər Cahangirov

Ələkbər Məhəmməd oğlu Cahangirov — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələr komandanı (2024-cü ildən), general-mayor, İkinci Qarabağ müharibəsinin veteranı, Vətən Müharibəsi Qəhrəmanı (2020).

Ələkbər Cahangirov
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələr komandanı
Vəzifədədir
6 iyun 2024-cü ildən
ƏvvəlkiHikmət Mirzəyev
Şəxsi məlumatlar
Doğum yeri
  • Aşağı Noxudlu, Salyan rayonu
Hərbi xidmət
Mənsubiyyəti Müdafiə Nazirliyi
Qoşun növü Xüsusi Təyinatlı Qüvvələr Komandanı
Döyüşlər
 • Qarabağ müharibəsi (2020)
    • Cəbrayılın azad edilməsi
    • Füzulinin azad edilməsi
    • Şuşanın azad edilməsi
Rütbəsi
General-mayor

Təltifləri Vətən Müharibəsi Qəhrəmanı — 20202020
"Azərbaycan Bayrağı" ordeni — 20212021 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 20242024 "Cəbrayılın azad olunmasına görə" medalı — 20202020 "Füzulinin azad olunmasına görə" medalı — 20202020 "Şuşanın azad olunmasına görə" medalı — 20202020 "Şücaətə görə" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
"Vətən müharibəsi iştirakçısı" medalı

Həyatı

Ələkbər Məhəmməd oğlu Cahangirov Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub.

Ələkbər Cahangirov Azərbaycan Ordusunun polkovniki rütbəsində olarkən 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində hərbi hissə komandiri olaraq iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın Cəbrayıl və Şuşa rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarına əsasən "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Ələkbər Cahangirov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələr komandanı təyin edilmişdir. 7 noyabr 2024-cü ildə ona general-mayor ali hərbi rütbəsi verilib.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    V əsr

  • Mart 26, 2026

    Xəzər dənizi

  • Aprel 06, 2026

    Qızıl Orda

  • Mart 26, 2026

    Yunanıstan

  • Aprel 09, 2026

    Bülbül (müğənni)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst