Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əl-Bidayə vən-Nihayə (ərəb. البداية و النهاية‎; azərb. Başlanğıc və Son‎) — İbn Kəsirin İslam tarixi ilə qələmə aldığı əsəri. Əsər bəzən "Tarixi-İbn Kəsir" də a

Əl-Bidayə vən-Nihayə

Vikipediya, azad ensiklopediya
Əl-Bidayə vən-Nihayə
ərəb. البداية و النهاية
Müəllif Əbül-Fida ibn Kəsir
Orijinalın dili ərəb dili

Əl-Bidayə vən-Nihayə (ərəb. البداية و النهاية; azərb. Başlanğıc və Son) — İbn Kəsirin İslam tarixi ilə qələmə aldığı əsəri. Əsər bəzən "Tarixi-İbn Kəsir" də adlandırılır. Əsər iki hissədən ibarətdir. İlk hissəsi "Bidayə", ikinci hissəsi isə "Nihayə" adlanır.

Haqqında

Əsər, Orta Əsr İslam tarixçiliyi üslububda qələmə alınmış olub, ümumi tarix janrındadır. Əsərdə Kainatın yaradılışı, Peyğəmbərlər, keçmiş ümmətlərin tarixləri, Cahiliyyə dövrü, Məhəmməd peyğəmbərin nəsli, uşaqlığı, gəncliyi, Xədicə ilə evliliyi, peyğəmbərliyi, ilk müsəlmanlar və müşriklərdən gördükləri işkəncələr, Aqabə beyətləri və hicrət haqqında məlumatlar verildikdən sonra Məhəmməd peyğəmbərin Mədinəki dövründən başlayaraq, hicri 767-ci ilə (1365–66) kimi baş verən hadisələr haqqında (xronoloji sıra ilə) məlumatlar vardır.

Müəllifi

Əsərin müəllifi Əbül-Fida ibn Kəsirdir. O, hicri 701-ci ildə anadan olmuş, hicri 774-cü (1373) ildə vəfat etmişdir.

Nəşrlər

Əsərin müəyyən bölmələri müxtəlif tarixlərdə və müxtəlif şəxslər tərəfindən nəşr edilmişdir: Həbəşistanlıların Yəməndəki hakimiyyətlərindən bəhs edən bölməsi C. F. L. Corc tərəfindən "De Aethiopum Imperio in Arabia felice" adı ilə (Berlin 1833), Məhəmməd peyğəmbərin həyatından bəhs edən bölmələri Mustafa Əbdülvahid tərəfindən "əs-Sirətün-nəbəviyyə" adı ilə, dört cilddə nəşr edilmişdir (Qahirə 1964–1966).

Üst