| Əli Əmirov | |
|---|---|
| |
| fevral 1962 – 12 mart 1971 | |
| Birinci katib | Vəli Axundov Heydər Əliyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 25 mart 1915 |
| Doğum yeri | |
| Vəfat tarixi | 12 fevral 1979 (63 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| Təltifləri | |
Əli Cabbar oğlu Əmirov (25 mart 1915, Naxçıvan – 12 fevral 1979, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi katibi (1962–1971), texnika elmləri doktoru (1971), professor.
Həyatı
Əli Cabbar oğlu Əmirov Naxçıvan şəhərində anadan olmuşdur. "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra, 1940–1952-ci illərdə "Orconikidzeneft" trestində neft hasilatı ustasından trestin müdirinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1952–1972-ci illərdə "Azərbaycan neft təsərrüfatı" jurnalının redaksiya kollegiyasının üzvü və redaktoru olmuşdur. 1955–1958-ci illərdə Azərbaycan SSR Neft Sənayesi Nazirliyində idarə rəisi, 1958–1959-cu illərdə Azərbaycan SSR neft sənayesi nazirinin müavini, 1959–1962-ci illərdə isə "Azneft" İstehsalat Birliyinin baş direktoru olmuşdur.
1962-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi seçilmişdir. 1971-ci ildən "Azneft" İB baş mühəndisi işləmiş və "Qum adası", "Makarov b.", "Səngəçal-dəniz", "Duvannı-dəniz", "Bulla-dəniz" neft-qaz yataqlarının mənimsənilməsində bilavasitə iştirak etmiş və rəhbərlik etmişdir. Əmirov Ə. C. Azərbaycanın Mədəni əlaqələr cəmiyyətinin vitse-prezidenti olmuşdur. 1977-ci ildə o, Azərbaycan Neft və Kimya İnstitutunun "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasında dosent, professor vəzifələrində işləmişdir.
Əli Əmirov 12 fevral 1979-cu ildə Bakı şəhərində vəfat etmiş, Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur. "Əli Əmirov" geoloji kəşfiyyat gəmisi onun adını daşıyır.
Elmi fəaliyyəti
Əli Əmirov neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. O, 1959-cu ildə "Çox dərin quyuların istismarının bəzi ünsürləri (məsələləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə "Dərin və çox dərin quyuların mənimsənilməsi və istismarının texnika və texnologiyasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru elmi adını almışdır.
Elmi tədqiqatların sahəsi: dərinlik nasosları ilə istismarın texnikası və texnologiyası, dərində yerləşən neft-qaz yataqlarının işlənilməsi problemi, neftin kompressor üsulu ilə hasilatının təkmilləşdirilməsi məsələləri, Azərbaycan neft mədənlərinin avtomatlaşdırılması üçün sistemlərin və vasitələr kompleksinin yaradılması və tətbiqi.
Əli Əmirov 140-dan artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.
O, "SSRİ fəxri neftçisi" adına layiq görülmüşdür. SSRİ Dövlət mükafatı laureatı (1969) olmuşdur. "Qırmızı əmək bayrağı" ordeni ilə mükafatlandırılmış və İ. M. Qubkin adına mükafata layiq görülmüşdür.
- 25 martda doğulanlar
- 1915-ci ildə doğulanlar
- Naxçıvanda doğulanlar
- 12 fevralda vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- 63 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları
- Texnika elmləri doktorları
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- SSRİ Dövlət mükafatı laureatları
- SSRİ-nin fəxri neftçiləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları
- Sov.İKP-nin XXII qurultayının nümayəndələri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri
