Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Məsimli (3 yanvar 1953, Nuxa) — Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V, VI və VII çağırış deputatı, Azərbaycan Respublikasının Baş nazirinin sə

Əli Məsimov

  • Ana Səhifə
  • Əli Məsimov

Əli Məsimli (3 yanvar 1953, Nuxa) — Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V, VI və VII çağırış deputatı, Azərbaycan Respublikasının Baş nazirinin səlahiyyətlərini icra etmiş, Azərbaycan Respublikasının Baş nazirinin sabiq birinci müavini, Azərbaycan Respublikasının sabiq iqtisadiyyat naziri, Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlama Komitəsinin sabiq sədri, Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sabiq sədri, İqtisadiyyat elmləri namizədi.

Əli Məsimli
Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V və VI çağırış deputatı
Vəzifədədir
2005-ci ildən
Seçki dairəsi2005 — 113 saylı Şəki şəhər
2010, 2015, 2020 — 114 saylı Şəki qəsəbə I
Əvvəlkivəzifə təsis edildi(113 saylı)
vəzifə təsis edildi (114 saylı)
Sonrakıvəzifə ləğv edildi(113 saylı)
Azərbaycan Respublikası Baş nazirinin səlahiyyətlərini icra edən
26 yanvar 1993 – 28 aprel 1993
ƏvvəlkiRəhim Hüseynov
SonrakıPənah Hüseynov
Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini — Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlama Komitəsinin sədri
19 noyabr 1992 – 2 sentyabr 1993
Baş nazirRəhim Hüseynov
ƏvvəlkiZiyad Səmədzadə
SonrakıAbbas Abbasov
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
18 may 1993 – 1 sentyabr 1993
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıSəməd Sadıqov
Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri
11 avqust 1992 – 19 noyabr 1992
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum adı Əli Əhməd oğlu Məsimli
Doğum tarixi 3 yanvar 1953(1953-01-03) (73 yaş)
Doğum yeri
  • Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (1995–2004),
  • Azərbaycan Xalq Cəbhəsi (1989–1995),
  • bitərəf (2004)
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti
Fəaliyyəti siyasətçi, iqtisadçı

Təltifləri "Şöhrət" ordeni "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Mündəricat

Həyatı

Əli Əhməd oğlu Məsimov 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Çoxsaylı broşürlərin və məqalələrin müəllifidir. Rus dilini bilir.

1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993–2005-ci illərdə "Müstəqil İqtisadçılar Birliyi" ictimai təşkilatının prezidenti vəzifələrində çalışmışdır.

2005-ci il parlament seçkiləri ərəfəsində, 13 iyul 2005-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır. YeS-in vahid siyahısından 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə Əli Məsimli deputat seçilmişdir.

2005-ci ildən sonra partiya təsis etmək üçün Azad İqtisadçılar Birliyi Təşkilat Komitəsini yaratmış və bu quruma sədrlik etmişdir. Bu qurum partiyalaşa bilməmişdir.

Əli Məsimli Azərbaycan Xalq Cəbhəsi və ardınca Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur. 2000-ci ildəki bölünmə zamanı klassiklər qanadında təmsil olunmağa başlamışdır.

2005-ci il noyabrın 6-da 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilmişdir. Azərbaycan-Çin, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveçrə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

2 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Şəxsi həyatı

Evlidir, 2 övladı var.

Qeydlər

  1. Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə çevrilmişdir.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 31, 2026

    Ölkə paytaxtlarının siyahısı

  • Aprel 06, 2026

    Leonid Vaynşteyn

  • Aprel 03, 2026

    Azərbaycan Televiziyası

  • Mart 27, 2026

    Azərbaycan Qırmızı Kitabı

  • Aprel 08, 2026

    Meğri rayonu

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst