Əlibəy Nəzərəli oğlu Novruzi (8 noyabr 1942, Bakı – 4 mart 2021, Bakı) — Azərbaycan memarı, rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar arxitektoru (1991), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).
| Novruzi Əlibəy | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Vətəndaşlığı | |
| İşləri və nailiyyətləri | |
| İşlədiyi şəhərlər | Bakı |
| Mükafatları | |
Həyatı
Əlibəy Novruzi 8 noyabr 1942-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən – 1967–1969-cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda tanınmağa başlayır..
Əlibəy Novruzi 3 il dalbadal SSRİ–nin "İlin ən yaxşı memarlıq layihəsi" müsabiqəsinin qalibi olub.
"Küləyin binada hərəkəti" mövzusunda dissertasiya yazıb.
Əlibəy Novruzi Sumqayıtın baş memarı olub.
600-dən artıq memarlıq layihəsinin, 400-yə yaxın rəsm əsərinin və 3 kitabın müəllifi olmuşdur.
Əlibəy Novruzi 2021-ci ildə vəfat edib..
Mükafatları
- Azərbaycan SSR Dövlət mükafatı — 1978
- "Azərbaycan Respublikasının əməkdar arxitektoru" fəxri adı — 20 dekabr 1991
- Akademik Mikayıl Hüseynov mükafatı
Kitabları
- "Svilizasiya", 1999-cu il
- "Bir Portretin Tarixçəsi",
Ədəbiyyat
- "Müasir Azərbaycan Memarları 2010", kitabı
- "Alibek Novruzi", kitabı
- "Svilizasiya", kitabı
- "Город" jurnalı, 2011, noyabr sayı