Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əliməmməd Mali oğlu Nuriyev (1 mart 1964, Ərkivan, Masallı rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deput

Əliməmməd Nuriyev

Vikipediya, azad ensiklopediya
Əliməmməd Nuriyev
Azərbaycan Respublikasının Milli Məclisinin II çağırış deputatı
7 yanvar 2001 2005
Seçki dairəsi7 saylı Yasamal ikinci
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1964(1964-03-01) (62 yaş)
Doğum yeri
Partiya
  • Azərbaycan Xalq Cəbhəsi (1995-ci ilədək),
  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (1995–2005)
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024

Əliməmməd Mali oğlu Nuriyev (1 mart 1964, Ərkivan, Masallı rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti və Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri.

Həyatı

1964-cü il martın 1-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1989–1992-ci illərdə Vəkillər Kollegiyasının üzvü olub. 1992–1993-cü illərdə Prezident Aparatında çalışıb. 1994–2001-ci illərdə BDU-da hüquq fakültəsində müəllim işləyib. Rus və fransız dillərini bilir.

Evlidir, 2 övladı var.

Siyasi fəaliyyəti

Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 2001-ci il yanvarın 7-də 7 saylı Yasamal ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2005-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarından istefa vermişdir.

Mükafatları

  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Üst